• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevə hücum başlanacaq!

Kiyevə hücum başlanacaq!
15.08.2017 12:27
ABŞ-ın öldürücü silahları artıq Ukraynaya çatdırılıb.

Publika.az xəbər verir ki, bu haqda hərbi jurnalist Yuri Butusov Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, 12,7 millimetr kalibrli "Barrett” M82 və M107snayper tüfəngləri partiyasının çatdırılmalarından sonra Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiya PSRL-1 əl qumbaraatanlarını alıb.

Qumbaraatanlar artıq bir sıra hərbi bölmələrin, xüsusi halda, 3057 saylı briqada ("Azov”) və 3018 saylı operativ reaksiya briqadasının silahlanmasına daxil edilib. Qumbaraatan RPQ-7 sovet qumbaraatanının Amerika modifikasiyasını təşkil edir.

"PSRL-1-in tətbiqi göstərdi ki, silah 800 metrdə yerləşən hədəfləri vurur, 500 metr məsafədə yerləşən hədəfləri isə mükəmməl dəqiqliklə məhv edir”, - Butusov yazıb.

Xatırladaq ki, ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi hökuməti Rusiyanın təcavüzünə əks addımlar olaraq raket silahının yaradılmasının yeni proqramını hazırlamağa, Avropada müttəfiqləri dəstəkləməyə, həmçinin Ukraynaya öldürücü silah verməyə çağırıb.

Komitə tərəfindən hazırlanmış 2018-ci ildə milli müdafiəyə təxsisatlar haqqında qanun layihəsində bundan başqa deyilir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın "hibrid müharibəsi” haqqında qanunvericilər qarşısında hesabat verməli olacaq.

Qanun layihəsi öldürücü silahların çatdırılması da daxil olmaqla, Ukraynaya rusiyayönlü separatçılarla mübarizə üçün 500 milyon dollar vəsaitin ayrılmasını nəzərdə tutur. Həmçinin 2014-cü ildə Krımın zəbtindən sonra Pentaqonun Rusiya hərbçiləri ilə birbaşa əməkdaşlığına dair qadağa uzadılır.

Rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib. Hətta ötən il Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib. Ukrayna parlamentinin "Xalq cəbhəsi” fraksiyasının deputatı Anton Qeraşenko bildirib ki, bu barədə ona Vaşinqtonda deyiblər.

"Mən Vaşinqtonda idim, bir sıra analitik qruplarla görüşdüm. Onlara sual verdim ki, Obama Ukraynaya silah verilməsi haqda Konqresin rəsmi qərarından niyə bu qədər inadla imtina edir? Mənə bildirdilər ki, Kremldən Obama və köməkçilərinə xəbərdarlıq edilib: əgər ABŞ Ukraynaya silah verərsə, o zaman bütün cəbhə boyu Kiyevə hücum etmək qərarı veriləcək. Çünki Amerika silah versə, dinamika Ukraynanın xeyrinə dəyişəcək. Biz Donetski geri alacağıq, Krımın blokadasını yaracağıq və Rusiya məğlub olacaq”, - deyə o bildirib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol