• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbovdan təyinat

Vasif Talıbovdan təyinat
17.08.2017 09:22
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 28 iyul tarixli sərəncamı ilə vəzifəsindən azad olunan MR Daxili İşlər naziri Əhməd Əhmədovun yerinə kimin təyin ediləcəyi artıq məlumdur.


Mia.az xəbər verir ki,  çox böyük ehtimalla, Naxçıvan MR-in hazırkı prokuroru Səbuhi Şahverdiyev vəzifəsindən azad olunaraq Daxili İşlər naziri təyin olunacaq. S.Şahverdiyev DİN sisteminə yad adam deyil və prokurorluq orqanlarından əvvəl məhz polisdə işləyib. "Ali Məclis sədri onun namizədliyi üzərində dayanıb. Bu həftə qərarın rəsmiləşəcəyi gözlənilir” – mənbə bildirib.


SƏBUHİ ŞAHVERDİYEV KİMDİR?




Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.


1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib, 2001-ci ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunub. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.


Ailəlidir, iki övladı var.


S.Şahverdiyevinin qayınatası əvvəllər Naxçıvan Daxili İşlər nazirinin müavini vəzifəsində işləyib. Bəzi məlumatlara görə, onun sürətli karyera yüksəlişində məhz qayınatasının ciddi rolu olub. Bununla belə, MR rəhbərliyinin S.Şahverdiyevə ciddi etimadının olduğu da bildirilir. Onun, gözlənilmədən DİN rəhbəri postuna əsas namizədə çevrilməsi də elə bu etimaddan xəbər verir.


Xatırlatmaq yerinə düşər ki, Ə.Əhmədov vəzifəsindən azad olunduqdan sonra nazir postuna əsas namizədlər kimi iki nəfərin – hazırda nazir səlahiyyətlərini icra edən Səbuhi Novruzovun və MR DTX-sında yüksək post tutan bir şəxsin adları keçirdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol