• $
  • €
  • ₽
  • ₺
  • £

Moskva Ermənistanı danışıqlar prosesindən çıxarır

Moskva Ermənistanı danışıqlar prosesindən çıxarır
17.08.2017 11:20
Rusiyanın Qarabağla bağlı yeni fətvası

"Kreml Ermənistana yeni quyu qazır”.

İrəvan və Moskva arasında uçurumun dərinləşməsi barədə materiallar erməni KİV-lərinin baş xəbərinə çevrilir.

"Rusiya bizimlə şantaj və ultimatum dilində danışır”,- deyə yerli mətbuat yazır. Özü də artıq söhbət Rusiya silahının Azərbaycana satılmasından getmir. Belə görünür ki, bu mövzu artıq köhnəlib. Söhbət Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsindən gedir.

Hətta bu yaxınlara qədər ermənipərəst mövqedə dayanan bir sıra siyasətçilər tərəfindən Azərbaycana tərəfə artan reveranslar İrəvan mətbuatını çox narahat edir. Bu, Ermənistan silahlı qüvvələrinin NATO tərəfindən Gürcüstanda keçirilən təlimlərdə iştirakından sonra baş verib. Moskva KİV-ləri artıq Ermənistan hakimiyyətini əvvəl bağlanmış müqavilələrə sadiqliyinə şübhə edirlər.

Yada salaq ki, bu Cənubi Qafqaz respublikası Rusiya tərəfindən yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) blokuna daxildir. Misal üçün, erməni KİV-ləri rusiyalı ekspert Stanislav Tarasovun məqalələrinə istinad edirlər. O, bu yaxınlara qədər ermənilərin dostu sayılırdı.

Ermənilərin iddia etdiyi kimi onlarla qədim dostluğu malik olan bu ekspert bu gün Kremlə təklif edir ki, Ermənistanın qərbyönümlü satqın hakimiyyətini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindən çıxarmaq və qondarma rejimlə birbaşa əlaqələr qurmaq lazımdır.    

Heç kimin şübhəsi yoxdur ki, bu təşəbbüs Moskvaya məxsusdur, bununla göstərmək istəyir ki, burda evin yiyəsi odur. Amma erməni KİV-ləri iddia edirlər ki, Kreml Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın daxili işinə çevirmək istəyir və rəsmi Bakı da buna razıdır.

Nə qədər absurd olsa da, erməni KİV-ləri hətta onu da iddia edirlər ki, Rusiya bu modeli artıq Abxaziya və Cənubi Osetiya münaqişələrinin nizamlanması prosesində tətbiq edib. Buna görə düşünürlər ki, əgər İrəvan Rusiyanın atdığı bu tilova keçərsə, onda Dağlıq Qarabağdan bir dəfəlik əlini üzəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol