• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda bayramdır: Rusiya çökür

Ermənistanda bayramdır: Rusiya çökür
18.08.2017 11:35
Rusiya "Qazprom”unun gəlirlərinin birinci yarımildə 11 dəfə aşağı düşməsi Ermənistan mətbuatı tərəfindən sevinclə qarşılanıb. İstiPress-in məlumatına görə, məsələyə xüsusi analitik məqalə həsr etmiş populyar erməni saytı "1in.am” bunu Ermənistanın gələcəyi baxımından müsbət xəbər kimi dəyərləndirib.

"Bu bizdən ötrü, şəksiz, yaxşı xəbərdir, çünki Millierin idarəsi Ermənistanda Rusiya işğalının rəmzidir. Cari ilin ikinci yarısında və gələn il "Qazprom”un vəziyyəti daha da ağır olacaq. Çünki Rusiyaya qarşı qoyulmuş Amerika sanksiyalarının ilk nəticələri artıq noyabr-dekabrda özünü göstərəcək. "Qazprom”un iflası - Putin imperiyasının sonunun başlağıcıdır, bu isə Ermənistanın azad olunması üçün real imkandır”,- deyə məqalədə vurğulanır.

Əslində, bu, erməni nankorluğundan başqa bir şey deyil. Erməni portalının iflasından sevinclə danışdığı "Qazprom” şirkətinin Ermənistan büdcəsinə illik ödənişləri 100 milyon dolları keçir. Ermənistan milli statistika xidmətinin məlumatına görə, 2017-ci ilin birinci yarısında "Qazprom Armeniya" şirkəti Ermənistanın ən iri vergi ödəyicisi sayılıb - dövlət büdcəsinə 24,46 mlrd. dram (51 milyon dollar) ödəyərək bir il qabaqkı göstəricisini 9,1%  arxada qoyub. Bu, yarım ildə 378,4 mlrd. dram (795 milyon dollar) olmuş vergi ödəyişlərinin əhəmiyyətli hissəsidir.

Təbii ki, məsələ ilə bağlı anonim məqalə yazmış "1in.am” da bunu bilir. Lakin məqalənin Ermənistanda "çox vektorluluq” adlanan iki başlı siyasət tərəfdarlarının sifarişi ilə yazıldığı anlaşılır. Bu siyasətin tərəfdarları 1990-cı illərdə Azərbaycanın hazırlıqsız olmasından yararlanaraq Rusiyanın dəstəyi ilə işğal etdikləri torpaqları Amerikanın yardımı ilə sənədləşdirmək istəyirlər.  

Qısacası, erməni politoloqlarının və KİV-lərinin əksəriyyəti bu fikirdədir ki, münaqişəyə Kosovo variantı tətbiq etməklə nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini (DQVM), hətta işğal edilmiş ətraf rayonları da ələ keçirmək mümkündür. Sadəcə, bunun üçün Ermənistan ABŞ-ın və NATO-nun dəstəyini qazanmalıdır. Buna görə işğal edilmiş Azərbaycan torpaqlarının bir qisminin - 5 rayonun mərhələli geri qaytarılmasını nəzərdə tutan Madrid prinsiplərinin əleyhinə çıxırlar və status-kvonun möhkəmləndirilməsinə çalışırlar.

Ermənistanın Gürcüstandakı NATO təlimlərinə qoşulması da bununla bağlıdır. Ermənistanda Rusiya əleyhinə hərəkat buna görə belə vüsət alıb və hətta keçən ilin yayında 82 faizə yüksəlmişdi. 

Lakin bəzi erməni ekspertlər erməni ictimai fikrinin Van üsyanının baş verdiyi 1915-ci ildə olduğu kimi bu dəfədə yanıldığını vurğulayır. Məsələn, erməni politoloq Hayk Martirosyan  "1in.am”a  verdiyi müsahibəsində Ermənistanın Gürcüstandakı NATO təlimlərinə qoşulmasını şərh edərək bunu mənasız cəhd adlandırıb. Onun sözlərinə görə, Amerika indiki vəziyyətdə Qarabağ münaqişəsinin Minsk qrupu formatından kənarda həll etməkla bağlı hansısa bir cəhd  etmək imkanında deyil:

"Ağ evin üstünü qara buludlar alıb və gərgindik o qədər yüksəkdir ki, xarici siyasətlə məşğul olmağa vaxt yoxdur. Hətta Dövlət Departmentinin daxilində vəziyyət sakit deyil, belə şəraitdə üçüncü dünya ölkələri ilə bağlı müəyyən funksiyasızlıq müşahidə olunur. Ermənistan isə artıq dördüncü dünya ölkəsidir. Mən düşünmürəm ki, indi orda kimsə oturub Qarabağ münaqişəsini necə həll etmək barədə düşünür”,- deyə Hayk Martirosyan vurğulayıb.

Beləliklə, ermənilər 1915-ci ildə Osmanlıya qarşı etdikləri səhvləri indiki hamiləri Rusiyaya qarşı da etməyə doğru gedirlər. Rusiya Ermənistanı müstəqillikdən tam məhrum etməklə cəzalandıra bilər. Və bu məsələdə yenə də Azərbaycan ciddi zərbə ala bilər.

İşğal edilmiş Azərbaycan rayonları 1939-cu ildə Rusiya tərəfindən Polşadan qoparılaraq Ukraynaya birləşdirilmiş Lvovun taleyini yaşaya bilərlər. 1939-cü ildə Lvov əhalisinin 65 faizi polyak və cəmi 11 faizi ukraynalı idi. Yəni Rusiya bu addımı atanda region əhalisinin 700 mininin azərbaycanlı və cəmi 120 mininin erməni olması amilini qulaqardına vuracaq. Azərbaycanın ordusu və diplomatiyası bu fəlakətin qarşısına almağa hazır olmalıdır.

Çingiz Rüstəmov,
İstiPress 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol