• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanı qoruyan əsas qüvvə

Azərbaycanı qoruyan əsas qüvvə
18.08.2017 11:42
Bizi qoruyanlardan danışacağam. Qarda, boranda, günün qızmarında, bir sözlə, hər cür hava şəraitində dövlət sərhədlərimizi fasiləsiz olaraq qoruyan sərhədçilərdən danışacağam. Axı bu gün onların günüdür. 18 avqust günündə - sərhədçilərimizin peşə bayramı günündə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin ilk və ən qabaqcıl dəstələrindən olan Xudat sərhəd dəstəsinin yerli əhali ilə sıx təmasda olmasından danışsam yerinə düşər.

1992-ci ilin 16 iyununda Qusarın Samur çayı üzərində bir vaqonda Yalama əlahiddə buraxılış məntəqəsi adı altında baş leytenant, indi Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə fəaliyyətə başlayan Xudat sərhəd dəstəsinin indi Qusar, Xaçmaz rayonlarında və Qubanın Xınalıq kəndində xeyli zastavası var. (Hərbi qurum olduğundan konkret rəqəm açıqlanmamalıdır)

Şimal rayonlarının sərhədyanı ərazilərində və əsasən dağlıq zonada yerləşən sərhəd zastavalarında yerli əhalinin hərbçilərlə sıx ünsiyyəti var. Düzdür, Rusiya ilə sərhəddə sərhəd strukturu formalaşanda illər boyu sərhədi açıq görən sakinlər birdən-birə buna alışa bilmirdilər, narazılıq edirdilər. Amma, sərhədçilərin yerli əhali ilə təmasda təmkinliliyə xüsusi üstünlük verməsi tezliklə öz müsbət səmərəsini verməyə başladı. Sərhəd məntəqələrində və zastavalarında qayda-qanunun ciddiliyini və özlərinə qarşı diqqətcilliyi görən şimallı hər bir sakinin bu qurumla sıx əməkdaşlığı başlanıldı.               

Dediklərimə bir faktı nümunə gətirmək istəyirəm. Bir neçə il bundan əvvəl Qusarın Rusiya ilə dağ sərhədində yerləşən Ləzə kəndində sərhəd zastavasının yaradılması yerli sakinlərin narazılığına səbəb olmuşdu. Öz  otlaq sahələrinə gedə bilməyəcəklərini fərz edən sakinlər zastavanın inşasını istəmirdilər. ANS-in çəkiliş qrupu o vaxt sakinlərin narazılığını videolentə almışdı. Amma qısa vaxt ərzində sərhədçilərin apardığı danışıqlardan sonra Ləzə sakinləri dövlət sərhədi zolağında zastavanın olmasının vacibliyini anladılar. İndi burada yerləşən eyni adlı zastavanın yerli sakinlərlə gözəl ünsiyyəti var. Bir vaxtlar biçənək, otlaq sahələrinə gedə bilməyəcəyindən ehtiyatlanan sakinlərin indi bu sarıdan heç bir narahatçılığı yoxdur. Sərhəd zolağında ot sahəsi olan sakinlərin hamısına, o cümlədən bütün ailə üzvlərinə Xudat sərhəd  dəstəsi tərəfindən buraxılış vəsiqəsi verilib. Ümumiyyətlə, sərhəd rayonlarında sərhəd zolağında torpağı olan yerli əhalinin hamısı buraxılış vəsiqəsi ilə təmin olunub.   

Sərhəd qoruyucularını fövqaladə hallarda həmişə camaatın yanında görmüşəm və görməkdəyəm. 2015-ci il avqust ayının 1-də Xınalığa qəfil yağan güclü yağış nəticəsində kəndarası yollar dağılmış, sel iri, tonlarla çəkisi olan daşları gətirib yolu bağlamışdı. Xınalıq sərhəd zastavasının o vaxtki rəisi, indi Şəmkir sərhəd dəstəsinin əməkdaşı olan Taleh Əsgərovu onda camaatın yanında gördüm.

Analoji hallarla Qusarın Kirik kəndi ərazisində Samur çayı daşarkən, dağlıq ərazidə yerləşən Sudur zastavasına və eyni adlı kəndə gedən yolu qar basarkən, yol sürüşərkən də bütün günü xidmətdə olan sərhədçiləri sakinlərə kömək edən görmüşəm.

Sərhədçilərlə yeli əhali arasında sıx ünsiyyətin nəticəsidir ki, hər il Xudat  sərhəd dəstəsinin yaranma günündə keçirilən tədbirlərdə  həmişə mülki əhalinin fəal nümayəndələri də  mükafatlandırılıb. Öz növbəsində yerli sakinlərin xüsusi milli bayramlarımızda, xüsusən Novruz-Yaran suvar günlərində sərhədlərimizin keşikçilərinə bayram sovqatı aparmaları da artıq adət halını alıb və bu adət həmişə davam edəcək.
                       
18 avqust - mərhum Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli sərəncamı ilə sərhədçilərin peşə bayramı günü kimi təsis edilən bu gün ölkəmizin su, hava, quru sərhədlərinin etibarlı qoruyucusu və təminatçısı olan hər bir hərbçimizin günüdür. Amma, tək sərhədçilərimizinmi? Yox... Azərbaycanın dövlət sərhədlərinin suverenliyini, toxunulmazlığını, torpaqlarımızın ərazi bütövlüyünü sevən hər birimizin günüdür bu gün. Axı, Vətən sərhəddən başlayır...
General-polkovnik Elçin Quliyev başda olmaqla bütün sərhədçilərimizi  təbrik edirəm. Bayramınız və bayramımız mübarək! 

Aytəkin Alxaslı,
İstiPress-in şimal bürosu


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol