• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənovun istefası tələb olunur

Əli Həsənovun istefası tələb olunur
18.08.2017 20:58
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunub.


Mia.az xəbər verir ki, Ağdam rayonunun bir qrup sakini tərəfindən Reyting.az saytına göndərilən müraciətdə qeyd edilir ki, Komitə sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avtoxuliqanlıq nəticəsində Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen” markalı avtomobili ilə törətdiyi dəhşətli qəza hökumət rəhbərlərindən birinin ailə üzvünün Prezident İlham Əliyevin hələ dörd il bundan öncə məmurlara etdiyi xəbərdarlığa sayğısızlıqdır.


Müraciət müəllifləri xatırladırlar ki, dövlət başçısı dörd il öncə, Bakı Biznes Mərkəzində "2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də çıxaracağam. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”, -  xəbərdarlığını etmişdi.


Müraciət müəllifləri hesab edir ki, əgər prezidentin dörd il əvvəl etdiyi xəbərdarlığa Ə.Həsənovun nəvəsi tərəfindən sayğısızlıq edilməsəydi iki nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası da baş verməzdi. Buna görə də, müraciət müəllifləri, prezidentin xəbərdarlığının əksinə gedib, belə ağır faciəyə səbəb olan şəxsin ailə böyüyü Ə.Həsənovun mötəbər vəzifə tutmasını doğru saymır və onun istefaya göndərilməsini xahiş edirlər.


Müraciət müəllifləri Ə.Həsənovun 1998-ci ilin sentyabrından bu günə kimi rəhbərlik etdiyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin araşdırılmasını da təklif edir, bütün məcburi köçkünləri Əli Həsənovun istefası tələbinə qoşulmağa çağırırlar.


Qeyd edək ki, müraciəti Ağdam rayon sakinləri Yavər Misir oğlu Nəsirov, Möhübbət Süleyman oğlu Süleymanov, Misir Şura oğlu Quliyev və digər şəxslər imzalayıblar.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol