• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni komandiri: “Xəstə uşaqları Qarabağa göndərirlər”

Erməni komandiri: “Xəstə uşaqları Qarabağa göndərirlər”
20.08.2017 11:55
Qayane Avetyan Qarabağda doğulub. O, Vazgen Sarkisyan adına hərbi institutu bitirib. 3 ildir ki, Madagizdə xidmət edir. Snayper və bölük komandiridir.

AzVision.az xəbər verir ki, Avetyan "Hraparak”a müsahibəsində Ermənistan ordusu ilə bağlı ifşaedici faktlar açıqlayıb, prezident Sarkisyanın apardığı uğursuz siyasəti sərt tənqid edib.

"Serj Sarkisyan bu gün ordunu öz şəxsi əmlakına çevririb. Cəbrayıla komandir dostum Armen Gözəlyanın yanına getmişdim. Deyirəm ki, Ermənistandan Dağlıq Qarabağa hərbi xidmətə xəstə uşaqları göndərirlər, o isə mənə bildirir ki, "bu normaldır, əgər Ermənistandan uşaqları göndərirlərsə, nəticədə onlar ümumən "ətlik" olurlar. Biz heç nə edə bilmirik”.

Mən həkim komissiyasına sual ünvanlayıram ki, uşağın əlilliyi var, 7-ci maddənin "Q" bəndinin tələblərinə uyğundur. Bəs niyə həmin xəstə uşaqları sərhədə göndərirlər?

Ermənistan prezidenti müharibə vəziyyətində hər kəsə manipulyasiya edir. O, təcrübəli polkovniki vəzifəsindən çıxarır, başqa yerə qoyur. İnsan xidmət edib, lakin onu düz danışdığına görə ruhi xəstə hesab edirlər”.

Müsahibin sözlərinə görə, Madagizin komandiri Harutyun Amirxanyanı vəzifəsindən çıxararaq Ermənistanın digər hərbi hissəsində komandir təyin ediblər.

"Amirxanyanı yaxşı tanıyırıq. Neçə dəfə həyacan olub, Amirxanyan hərbi hissədə olmayıb, heç diversiyanın nə olduğunu bilmir. Həmin insanı nəinki məsuliyyətə cəlb etdilər, hətta prezident tərəfindən təltif edildi. O, nəyə əsaslanaraq həmin medalı aldı və 3-cü korpusa komandir təyin edildi?

Deyə bilərəm ki, Amirxanyan Serj Sarkisyanın qohumudur. Madagizin digər bir komandiri Qevorq Manqasaryanı da ikinci korpusa komandir təyin etdilər. Manqasaryan da döyüş mövqeyinin nə olduğunu bilmir. Əsgərlərdən istifadə edən, onların valideyinlərini aldadan həmin komandirləri məsuliyyətə cəlb etmək lazım idi. Bu sualı prezidentə verin ki, niyə belə yararsız insanları komandir təyin edir?

O, ümumiyyətlə silahdan anlayışı olmayan Vigen Sarkisyanı müdafiə naziri təyin edib. Təyin edib, çünki Vigen Sarkisyan da Serj Sarkisyanın qohumudur. Sarkisyanın heç nədən xəbəri yoxdur. Vigen Sarkisyan kimi nazir vəziyyət gərginləşəndə bir dəfə də olsa gəlib hansısa mövqedə dayanıb? Vigen özünü nazir kimi göstərmək istəyir. Bizə bu cür nazir lazım deyil"- Qayane Avetyan deyib.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol