• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ordusu Qarabağda

Türkiyə ordusu Qarabağda
23.08.2017 11:01
Dağlıq Qarabağ münaqişəsi üçün qəti həll yolunu tapmağın vaxtıdır.

Bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin "Vestnik Kavkaza”nın müxbiri ilə söhbət əsnasında danışıb. Müsahibə Bakıda keçirilən Gənc Liderlər Qlobal Forumu çərçivəsində baş tutub.

"Qarabağ məsələsində bu gün biz "dondurulmuş münaqişə” statusuna qədər gəlmişik. Əlbəttə, hazırda burada hərbçilərin və mülki şəxslərin qanının tökülməməsi yaxşı haldır, ancaq bu status-kvo münaqişəni həll etməyəcək. Problemin həlli üçün qəti qərar qəbul edilməlidir. Bunun üçün bütün şərtlər var. Biz Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını təsdiqləyən və bir milyondan artıq qaçqının evlərinə qaytarılmasını tələb edən BMT qərarlarına malikik”, - Hikmət Çətin bildirib.

Keçmiş nazir həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal edərək öz iqtisadiyyatına və əhalisinə daha çox ziyan vurduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla yalnız itirib və hələ də itirməyə davam edir. Bu müddətdə Azərbaycan vəziyyətə yüksək səviyyədə nəzarət edib və mövcud problemlərini həll edib.

Hikmət Çətin tərəfləri bölgədə hərtərəfli sülhü bərpa etməyə çağırıb:

"Bu gün Cənubi Qafqazın sülhə ehtiyacı var. Rusiya, ABŞ və Türkiyə münaqişənin həlli üçün maksimum dərəcədə səy göstərməlidir. Güclü Türkiyə gələcəkdə münaqişənin həllinin təminatçısıdır, çünki o Azərbaycanın müttəfiqidir. Türkiyə həmçinin beynəlxalq ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyini başa salmaq üçün səy göstərməlidir”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol