• $
  • €
  • ₽
  • ₺
  • £

Putin bu gün qəti Qarabağ qərarı verəcək

Putin bu gün qəti Qarabağ qərarı verəcək
23.08.2017 13:53
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək.

İstiPress-in məlumatına görə, görüşün konkret predmeti iki tərəfli münasibətlərin vəziyyəti ilə bağlı olsa da, Rusiya prezidentinin Qarabağla bağlı konkret qərarına da ciddi təsir edəcək.

Məsələ bundadır ki, görüş çərçivəsində Ermənistanla Rusiya arasında Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində münasibətlərin perspektivlərinə baxılacaq. Son aylar da iki ölkə arasında bu münasibətlərin gələcəyi təhlükə altına düşüb.

Ermənistan NATO və Avropa Birliyi (AB) ilə əməkdaşlıq yolunu tutub ki, bu, Ermənistanın KTMT və Avrasiya İttifaqında üzvlüyünü sual altına salır. Ermənistan baş naziri Karen Karapetyan bu yaxınlarda erməni mətbuatına verdiyi müsahibəsində bu yoldan geri dönməyəcəklərini, ilin sonuna qədər AB ilə "Şərq tərəfdaşlığı” çərçivəsində saziş bağlayacaqlarını bildirib. Həmçinin, Ermənistan bu yaxınlarda Gürcüstanda keçirilmiş NATO təlimlərinə qatılıb ki, bu da Rusiya tərəfindən kəskin qınanıb.

Əgər Serj Sarkisyan Putini bu yoldan dönəcəklərini və qərblə əməkdaşlığı dayandıracaqlarına inandıra bilməzsə, Rusiya Ermənistanı sərt cəzalandıracaq. Rusiyanın Ermənistana təzyiqi ilk öncə Qarabağla bağlı ola bilər. Yəni Rusiya Qarabağda Ermənistanı müdafiə etməkdən imtina edə bilər. Sirr deyil ki, 2016-cı ili aprel döyüşlərində Azərbaycan ordusunun hücumunu Rusiya dayandırdı.

Amma Rusiya bundan da sərt davrana bilər və Ermənistanı bütünlüklə hakimiyyətdən sala bilər. Məsələn,  İrəvanda hakimiyyətə Rusiya ilə federasiya tərəfdarları gətirilə bilər və onlar Ermənistanı keçmiş SSRİ-dəki vəziyyətə salan saziş imzalaya bilərlər. Bununla da Ermənistan müstəqilliklə birdəfəlik vidalaşa bilər, Abxaziya və Cənubi Osetiya ilə eyni statusa düşə bilər.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol