• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Mehman sabitlik idi

Böyük Mehman sabitlik idi
27.08.2017 14:37
Şahbaz Xuduoğlu

Gənc Mehman həbs olunandan sonra xeyli müddət özümə gələ bilmədim. Gördüyüm işə belə qəzəblənirdim. Adam gərək gördüyü işi qəzəblə yox, sevgiylə görsün. İşi gördüyün ölkəyə də, mühitə, ortama da sevgi olmalıdır. Gənc Mehman gənclərin rəmzi idi. Xüsusən yaradıcılıq həvəsi olan gənclər üçün nümunə yaradırdı. Ona baxan gənclər, daha mübariz daha qorxmaz olurdu.

Böyük Mehman sabitlik idi. Bu sabitliyi o, Turanı bu illərə gətirib çıxarmaqla, ən kritik məqamlarda belə təmkinli davranışı ilə qazanıb.

Hər zaman həqiqətə ən yaxın məlumatlar mənbəyi kimi TURANa etimad etmişik. TURAN informasiya məkanında ciddi təməli olan, ondan sonra yaranan qurumlar üçün əyanı nümunədir. Bu gün onu dağıtmaq informasiya məkanında fəaliyyət göstərən digər qurumları dağılmaq təhlükəsi ilə üz-üzə qoymaq deməkdir.

Mehman Əliyev Azərbaycan jurnalistikasının, ictimai mühitinin ən çəkili adamıdır. Tamamilə ümidsiz məqamlarda belə ümid işığı yandıra bilirdi. Hər zaman elə danışırdı ki, sanki islahatlar qapımızın ağzındandır. Sadəcə qapını açmaq qalır…

Sabitlik orduya, polisin gücünə arxalana bilməz. Sabitlik Mehman Əliyev kimi insanların azadlıq mühitində işləməsi, yaşaması və yaratmasıdır.

Elmar Hüseynov qətlə yetirilməzdən öncə ölkədə qətlə yetirilmək ehtimalı olan ictimaiyyət nümayəndələri və jurnalistlərdən ibarət bir siyahı haqqında məlumat dolanırdı. Həmin siyahın başında Mehman Əliyevin də adı vardı.

QHT-lər bağlananda, vətəndaş cəmiyyətinin nümayəndələri həbs olunanda da həbsi gözlənilən insanların adları arasında yenə də Mehman Əliyevin adı var idi.

Vətəndaş cəmiyyətinə gələn bəlalar hər zaman Mehman Əliyevə də toxunub. İndi durum fərqlidir. Artıq əvvəlki vətəndaş cəmiyyəti və əvvəlki media yoxdur. Amma Mehman Əliyev və onun TURANı əvvəlki mühitdən qalan son nümunə idi. Artıq o da bu gün yoxdur. Azərbaycan müstəqilliyi dövründə vətəndaş cəmiyyəti, demokratik cəmiyyət adına nə qazanıbsa, onlar bir-bir aradan götürüldü. Və nəhayət növbə Turana və Mehman Əliyevə çatdı…

Mehman Əliyevin həbsinə Sifarişin də hardan gəlməyi məni heç maraqlandırmır. Hər hansı bir mülahizə irəli sürmürəm. Mən kitab nəşr edirəm. Azərbaycanı sevirəm. İnsanlarımızın maariflənməsi üçün hər cür fədakarlığa hazıram. Yaxşı müəllif tapıb, keyfiyyətli kitab nəşr etməkdən zövq alıram; kitab sahəsini elə bir səviyyəyə gətirim ki, gələcəyimiz savadlı, məlumatlı, təhsilli insanların əlində qalsın. Doğma dilimizdə tapılmayan ədəbiyyat qalmasın. Amma Mehman Əliyev kimi insanların həbsini görəndə siyasi mühitdən uzaq olan, yalnız öz sahələrinin inkişafına xidmət edən insanların ümidləri qırıldığı kimi mənim də işimin əhəmiyyəti heç nə olur…

Mehman Əliyev əvvəliki təmkini ilə bu tuzaqdan da keçəcək. Necə ki hamı keçib. Amma görək Azərbaycan bu qeyri-müəyyən oyunların içərisindən keçə biləcəkmi? Mehmanı həbs edən Azərbaycan çoxmu müstəqil, hüquqi, dünyəvi bir dövlət olaraq ayaqda qala biləcək?!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol