• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda məhv edilən terrorçu kimdir?

İsmayıllıda məhv edilən terrorçu kimdir?
28.08.2017 21:29
Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllıda terror aktları planlaşdıran dini ekstremist Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən məhv edilib.

DTX-nın rəsmi məlumatına görə, terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oktay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib.

DTX-da başlanılmış cinayət işi üzrə 2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.

Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.

İsmayıllı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Məhərrəm Əhmədov AzVision.az-a bildirib ki, xüsusi əməliyyat zamanı məhv edilən ekstremist 1993-cü il təvəllüdlü Cavadov Yaşar Oktay oğlu əslən rayonun Qalacıq kəndindənir.

"O, valideynləri ilə birlikdə rayonun mərkəzində yaşayırdı. Əslən İsmayıllının Qalacıq kəndindəndirlər. Yaşar subaydır, ailə qurmayıb. Bir qardaşı var, o da namaz qılır, saqqal saxlayır. Atası fəhləliklə ailəsini saxlayır. Anası isə evdar qadındır, normal ailə olublar. Heç kimin onlardan şikayəti olmayıb. Yaşar radikallara qoşulandan sonra tamam dəyişmişdi. Əqidəsi taraz deyildi. Qardaşı yaxşı oğlandır. Deyəsən, o da kiminsə təsirinə düşüb.

Məndə olan məlumata görə, Yaşar İsmayıllıda terror törətmək istəyib. Gecə saat 3-də üzərində silahla evdən çıxıb. Onun məqsədi hansısa dövlət qurumunun binasında terror törətmək olub. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dərhal əməliyyat keçirərək, onun çirkin planının qarşısını alıblar. Nəticədə Yaşar Cavadov zərərsizləşdirilib”.

M.Əhmdəvoun sözlərinə görə, Y.Cəfərovun dəfn mərasimində cəmi 10-15 nəfər iştirak edib.

İcra rəsmisi əlavə edib ki, öldürülən Y.Cəfərovun yaxın dostu bir müddət əvvəl rayonda partlayış törədib: "Onun dostu bazara qumbara atmışdı. Həmin hadisə zamanı bir neçə nəfər xəsarət almışdı”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol