• $
  • €
  • ₽
  • ₺
  • £

“Putinlə Qarabağdan cəmi bir neçə kəlmə danışdım...” - Sarkisyan

“Putinlə Qarabağdan cəmi bir neçə kəlmə danışdım...” - Sarkisyan
29.05.2020 12:20
Ermənistan prezidenti Serj Sərkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə keçirilmiş görüşündən də sual verilib. Virtualaz.org xəbər verir ki, iştirakçılardan biri Sərkisyandan soruşub: "O doğrudurmu ki, sizin Soçidə Putinlə görüşünüzdə Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi də müzakirə olunub?”

Sərkisyan isə cavab verib ki, Putinlə nəinki Qarabağda sülhməramlıların yerləşdirilməsini müzakirə etməyib, eləcə də ümumiyyətlə Qarabağ problemi barədə müzakirə aparmayıb. "Biz ümumiyyətlə bu barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq bir neçə kəlmə ilə hazırda təmas xəttində hökm sürən vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Vəssalam. Biz bu cür məsələ müzakirə etmədik”-Sərkisyan bildirib.

Ermənistan prezidenti deyib ki, onun Putinlə görüşü ilə Minsk Qrupunda fəaliyyətini başa vuran amerikalı həmsədr Riçard Hoqlandın Qarabağda sülhə dair əsas prinsipləri açıqlaması arasında bağlılığın olmasına az ehtimal verir. "Hoqland postunu tərk edir və görünür öz mövqeyini daha sərbəst statusda ifadə etmək istəyib. Əvvəllər də belə olmuşdu. Hoqlandın sözlərinə gəldikdə isə bunlar mənim üçün yenilik deyil. Bunlar ümumi yanaşmadır. Həmin bəndlərin həyata keçirilməsi üçün onları həftələrlə, aylarla sənədləşdirmək lazımdır. Çünki bu sənəddə istənilən sözün, vergülün də mühüm əhəmiyyəti var”, - Ermənistan rəhbəri əlavə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol