• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadənin varisinin adı açıqlandı

Allahşükür Paşazadənin varisinin adı açıqlandı
29.05.2020 05:20
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadədən sonra bu posu kim tuta bilər... Belə olan təqdirdə şeyxin varislik məsələsi gündəmə gəlir.

O zaman Şeyx Allahşükür Paşazadənin varisi kim ola bilər? Modern.az mövzu ilə bağlı şeyxin qudası Hacı Qalib Salahzadə ilə əlaqə saxlayıb. 

Hacı Qalib Salahzadə açıqlamasında deyib ki, o, bir varis tanıyır: "Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.

Şeyxin qudası varislik məsələsindən danışarkən şeyxin heç də qocalmadığını diqqətə çatdırıb: "Amma Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil.  Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.

Qalib Salahzadənin sözlərinə görə, Allahşükür Paşazadə imperiya özbaşınalığa qarşı çıxan adamdır: "Digər bir məqamı da qeyd edim. Şeyx Allahın yetirməsidir. Yadınızdan çıxartmayın. 1990-cı illərdə ölkədə baş verən qarışıqlığa kim etirazını bildirə bilərdi?! İmperiyanın (SSRİ) özbaşınalıqlarına qarşı kim səsini çıxara bilərdi?! Bir adam tanıyıram. Birinci yerdə böyük lider Heydər Əliyev  dayanır. ikinci yerdə isə Allahşükür Paşazadəni görürəm”.

Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışır. O, əvvəlcə idarənin məsul katibi, sonra "Təzəpir” məscidinin axundu, QMİ-nin sədr müavini vəzifələrində çalışıb. 

1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.
A.Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qurultayında A.Paşazadə ömürlük Şeyxülislam seçilib.

O həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədridir. 

1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alan A.Paşazadə Bakı Dövlət Universitetinin professorudur.
Müxtəlif orden və medallarla təltif edilib.

Allahşükür Paşazadənin 5 qızı və 1 oğlu, nəvələri var.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol