• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni ordusunda dolaşan qorxulu kabus

Erməni ordusunda dolaşan qorxulu kabus
29.05.2020 11:48
Ac-susuz qazıntı aparmayan əsgərlər döyüldü, komandir kef məəclisi qurdu

Ermənistan ordusu zabitlərinin özbaşınalığı və "dedovşina” bu ölkədə artıq əsgər valideynlərinin qorxulu kabusuna çevrilib. Bu gün övladını hərbi xidmətə yola salan analar hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə yerərkən ölməsindən daha çox, orduda hökm sürən yerlibazlıq, əyyaşlıq, nizamnamədən kənar münasibətlər və zabitlərin özbaşınalığının qurbanı olmasından qorxurlar. 

Son günlər bir-birinin ardınca baş verən hadisələr və hər dəfə də 2-3 ermənistanlı əsgərin xəsarət alması hərbi qulluqçuların valideyinlərinin böyük narahatlığına səbəb olub.  

İstiPress-in erməni sosial şəbəkələrinə istinadla verdiyi məlumata görə, avqustun 29-da Ağdarə istiqamətində yerləşən işğalçı Ermənistan ordusunun bölmələrindən birində daha 3 sıravi əsgər komandirləri tərəfindən vəhşicəsinə döyülərək şəxsi heyət qarşısında təhqirlərə məruz qalıb. 

Ac-susuz həm də günəş altında qazıntı işləri aparmaqdan imtina edən Harut Martirosyan, Levon Xaçaturyan, Eduard Bağdanyan komandirləri tərəfindən döyülüblər.

Həmçinin sosial şəbəkələrdə yayılan paylaşmalardan bəlli olub ki, Xocavənddə yerləşən işğalçı Ermənistan ordusunun digər hərbi hissəsinin  2-ci alayında komandirin texniki hissə üzrə müavini alay üzrə cavabdeh qaldığı zaman dostları ilə keyf məclisi qurub. Sonradan o sərxoş vəziyyətdə bölüyə gəlmiş və şəxsi heyətə qarşı qanunazidd hərəkətlərə yol verib. 

Buna dözməyən müqavilə əsasında xidmət keçən 2 hərbi qulluqçu bölməni tərk etmiş və səhər qayıtdıqdan sonra hadisə barədə alay komandirinə şikayət edib. Cavabdeh olduğu müddətdə vəzifə səlahiyətlərini aşan həmin zabit 5 sutka müddətinə həbs edilərək haupvaxta göndərilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol