• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah veriləcək Qarabağ qərarı

Sabah veriləcək Qarabağ qərarı
07.09.2017 09:08
Sabah Moskvada Azərbaycan və Ermənistan dini liderlərinin görüşü gözlənilir. Görüşün mövzusu ayıdındır - Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar barədə söhbət gedəcək.

Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyx Hacı Allahşükür Paşazadə və erməni katalikosu 2-ci Qargein dəfələrlə Bakıda, İrəvanda və Moskvada görüşüblər. Sabahkı danışıqlar Moskva və bütün Rusiya partriarxı Kirillin vasitəçiliyi ilə keçəcək.

2-ci Qaregin yaxşı bilir ki, Qarabağ həmişə Azərbaycan xanlığı olub. Bunu Rusiya tarixçilərinin əsərlərindən də görmək olar. Burada yaşayan ermənilər isə gəlmədirlər. Ən əsası isə onun rəhbərlik etdiyi dini icmanın üzvləri əsas xristian qadağasını pozurlar: Öldürmə və başqasının malına göz tikmə.

Katalikosun bədbəxtliyi ondadır ki, o, həmişə İrəvanın diqtə etdiyi siyasi dəbə uyğunlaşmağa çalışır. Daha bir görüş heç nəyi dəyişməsə də, kiçik bir ümid var ki, iki ölkə dini liderlərinin Rusiya patriarxının vastitəsi ilə görüşü konkret bir nəticəyə gətirməsə də, hansısa əlaqələr peyda olacaq. Bu cür görüşlər həmişə müsbət elementlər daşıyır. Burada isə mənim fikrimcə, heç də hər şey katalikosdan asılı deyil. O, dünya ermənilərinin Cənubi Qafqazda daha bir erməni dövləti yaratmaq kimi cəfəng ideyanı dəstəkləməyə məcburdur.

Məhz buna görə rəsmi İrəvan münaqişənin həlli üzrə ilkin şərtləri yerinə yetirmək istəmir - bu, bütün erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması, həmçinin qaçqınların öz evlərinə qaytarılmasıdır.

Serj Sarkisyan və onun ətrafı anlayır ki, nə qədər ki, bu qətnamələr yerinə yetirilməyib, görüşlər və danışıqlar heç bir nəticə verməyəcək. İrəvanın siyasi elitası artıq yəqin ki, öz katalikosunu Allahşükür Paşazadə ilə görüşə hazırlayıb.

Təbii ki, itkilərdən və 2016-cı ildəki 4 günlük müharibədən danışacaqlar. Erməni elitası öz həyatları boyu Rusiya prezidenti Putinə təşəkkür etməlidirlər ki, Azərbaycandan hücumu dayandırmağı xahiş edib. Əks halda, bu, erməni tərəfi üçün daha ağır nəticələr verə bilərdi. Əslində, elə bu da onları bu cür danışıqlara getməyə məcbur edir.

Nə isə, sabaha kimi gözləyək. Ermənistan və Azərbaycan dini liderlərinin bu görühünün Dağlıq Qarabağda sülş münaqişəsi üzrə danışıqların başlamasına təkan verməsini çox istərdik.

Mais Məmmədov

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol