• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Bakıda 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident Bakıda 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
07.09.2017 10:25
Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

"Report"un xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, bu təhsil ocağının 51 sinif, 2 informatika, 3 laboratoriya otaqlarından, idman və akt zallarından, yeməkxanadan, həmçinin hərbi otaqdan ibarət 1320 şagird yerlik mövcud korpusu 1963-cü ildən fəaliyyət göstərir. Məktəbin binası Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş Dövlət Proqramının Tədbirlər Planının icrası ilə əlaqədar olaraq yüksək səviyyədə əsaslı təmir edilib. Təhsil müəssisəsi internet sistemi və müasir tədris avadanlıqları ilə təchiz olunub. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar var.

Yeni məktəb binalarının inşası, mövcudlarının isə müasir səviyyədə yenidən qurulması son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatların tərkib hissəsidir. Bu layihələrin icrası nəticəsində təhsil müəssisələrində yüksək şəraitin yaradılması müəllimlərin tədrisin keyfiyyətini artırmalarına da imkan verir. Bunu 212 saylı məktəbin binasında əsaslı təmirdən sonra yaradılmış şərait də sübut edir.

Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol