• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır

Nazir: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır
09.09.2017 10:05
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf etdirilməsinin yolları müzakirə edilib, habelə konstruktiv dialoq və anlaşma ruhunda əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd olunub.

Elmar Məmmədyarov beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar müvafiq beynəlxalq təşkilatların, o cümlədən ATƏT PA-nın töhfəsinin və rolunun təqdir edildiyini bildirib.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

E. Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.

Tərəflər parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edərək, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Kristin Muttonen ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirib. O, həmçinin multikulturalizm dəyərlərinin təşviqində Azərbaycanın rolunu təqdir edib.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol