• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi xidmətlə bağlı qanun dəyişəcək

Hərbi xidmətlə bağlı qanun dəyişəcək
12.09.2017 15:20
"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda da dəyişikliklər edilir.

AzVision.az-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçiriən iclasında dəyişikliklər müzakirə olunub.

Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək.

Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata keçirirlər.

Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman pozula bilər. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən açıq siyahılarla aparılır.

Öz növbəsində "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən şəxslər həmin orqanlarda hərbi qeydiyyata alınırlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirirlər.

Qeyd olunanları, həmçinin qanunlar arasında yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədilə "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi təklif olunur. 

Qanun layihəsinə dəyişiklik Milli Məclisin payız sessiyasının ilk plenar iclasına tövsiyyə edilib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol