• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda 8 düşmən hərbçisi öldü, 4-ü yaralandı

Qarabağda 8 düşmən hərbçisi öldü, 4-ü yaralandı
14.09.2017 22:56
Dünən işğal altındakı Azərbaycan ərazilərində ermənilərin N saylı hərbi hissəsinə aparan yolda hərbi yük maşını uçuruma yuvarlanıb.

Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində hərbi qulluqçulardan biri yazıb. Məlumata görə içərisi hərbçilərlə dolu yük maşınının uçuruma yuvarlanması nəticəsində 8 hərbçi ölüb, 4-ü yaralanıb. Sürücü son anda maşından atılıb və sağ qalıb. Yaralılar Xankəndi hospitalına aparılıb.

"Armenian army” adlı istifadəçi hadisə barədə yazır: "Bu gün sentyabrın 13-də saat 09.40 radələrində N saylı hərbi hissəyə gedən yolda Qarabağ Müdafiə Ordusunun hərbi yük avtomobili uçuruma aşdı. Qəza nəticəsində 8 hərbi qulluqçu öldü, 4-ü yaralandı. Yaralıların vəziyyəti barədə heç nə məlum deyil. Nəyə görəsə xəbərlərdə bu hadisə haqda heç nə deyilmir. Heç xəbər saytlarında da bu barədə məlumat yoxdur. Hər yerdə sakitlikdir. Hətta bizə heç nə demirlər. Hökumət nəyə görəsə bu haqda susur. Mən yaralı əsgərləri çıxarmağa şəxsən yardım etmişəm. 8 ölü, 4 yaralı saydıq. Ölənlərin siyahısı: Artem Ovsepyan, Karen Aloyan , Armen Karapetyan, Ovik Karoyan, Ayvaz Asatryan, Arsen Babayan, Qor Masisyan, Zaven Qriqoryan.


Yaralıların adları: Tiqran Aloyan, Karen Adjabyan, Artur Davoyan, Qrayr Kamovyan.

Onlar hamısı mənim xidmət etdiyim hərbi hissənin əsgərləridir. Qəzada mənim ən yaxşı dostum Artem Ovsepyan həlak oldu. Yaralılardan xəbər olmadığına görə mən qərara aldım ki, hadisəni burada yazım”.

İstifadəçilərin bəziləri bu məlumatı paylaşıb, bəziləri isə istifadəçidən yazdıqlarını dərhal silməyi tələb edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol