• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın qaytarılmasına mane olan cüclər kimdir?

Qarabağın qaytarılmasına mane olan  cüclər kimdir?
17.09.2017 18:14
Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan rusiyalı filosof Aleksandr Duqin yenə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri şərh edib.

Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, "moscow-baku” portalına danışan Duqin həmişəki kimi Rusiyanın münaqişənin həllində maraqlı olduğunu diqqətə çatdırıb.

Lakin əlavə edib ki, Rusiya və Azərbaycan münasibətləri bu münaqişədən asılı olmamalıdır: "Fikrimcə, bu prosesin bir neçə mərhələsi var. Birinci mərhələ Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin münaqişə ilə bağlı müzakirə aparmasıdır. Liderlər ermənilər tərəfindən tutulmuş beş rayonun Azərbaycana qaytarılmasına nail olacaqlar. Məndən dəfələrlə soruşurlar ki, bəs iki rayon və Qarabağın taleyi necə olacaq? Mən onun tərəfdarıyam ki, əgər bütün prezidentlər indiki halda 5 rayonun qaytarılmasına razıdırsa, niyə bunu həyata keçirməməliyik. Hesab edirəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri maneələri birlikdə nəzakətlə dağıtmalıdır. Məsələ ondadır ki, 5 rayonun boşaldılması cəmiyyətlərdə təhrif olunmuş formada anlaşılır”.

Duqin iddia edir ki, bu gün kimsə münaqişənin həllini sabotaj etmək istəyir.

"Hesab edirəm ki, bu qlobal elitanın işidir. Məsələ ondadır ki, bu elita Avrasiya materikində təhlükəsizliyin güclənməsində maraqlı deyil”, - deyə o vurğulayıb.

Duqin hesab edir ki, 5 rayonun qaytarılması Qarabağ probleminin həllinə qismən icazə verir: "Bu münaqişənin həlli təkcə Azərbaycan, Rusiya, yaxud Ermənistanın deyil, həm də Türkiyənin mövqeyini möhkəmləndirir və Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edir. Bu da müvafiq olaraq, "xaos ixracatçıları”nın imkanlarını azaldır. Yəni əslində bu məsələ Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və İran arasında bir yerdə mehriban yaşamağı əlverişsiz edir. Hərçənd, biz qonşuyuq və həmişə burada yaşayacağıq”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol