• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər tərəfindən hədələnən tarixçi prokurorluğa müraciət edib

Ermənilər tərəfindən hədələnən tarixçi prokurorluğa müraciət edib
19.09.2017 18:44
Rusiyada erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran Oleq Kuznetsov Baş Prokurorluğa müraciət edərək ermənilər tərəfindən ölümlə hədələndiyini bildirib.

O.Kuznetsov müraciətində Ermənistan mətbuatında müxtəlif təxəllüslər altında gizlənən müəlliflərin məqalələrində ona qarşı sui-qəsd çağırışları edildiyini deyib. Tarixçi alim həyatına və sağlamlığına mümkün təhlükənin qarşısının alınmasını və Rusiya Federasiyası ərazisində "http://voskanapat.info” və "http://www.yerkramas.org” saytlarının ekstremist fəaliyyətinin qadağan olunmasını istəyib.

Oleq Kuznetsov APA-nın Moskva müxbirinə açıqlamasında Ermənistan mətbuatında onun ünvanına olan hədələri Bakıda UNESCO və İSESCO-nun himayəsi altında keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı zamanı öyrəndiyini söyləyib: "O zaman mən bu məqalələri axmaq bir təxribat kimi qəbul etdim və buna fikir verməyin lazımsız olduğunu düşündüm. Lakin səhv etdim. Gərək, onlara sərt cavab verərdim. Erməni lobbistləri nəcibliyimi zəiflik kimi qəbul etdilər və bundan sonra növbəti dəfə məni "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" monoqrafiyama görə məsuliyyətə cəlb etmək qərarına gəldilər. Onların fikrincə, bu monoqrafiya nəinki Rusiya ərazisində insanları milli zəmində nifrətə təhrik edir, hətta beynəlxalq erməni biznesinin reputasiyasına böyük zərbə vurur. Mənim bu monoqrafiyam Avropada ingilis dilində yüz min tirajla çap olunub və bu, dünyadakı bütün erməni diasporunu vəlvələyə salıb. Onlar indi mənə qarşı cavab tədbirləri görməyə başlayıblar. Mənə fiziki güc tətbiq olunması ilə bağlı çağırışlar xəbərdarlıq idi. İndi isə daha aktiv fəaliyyətə keçiblər”.

O.Kuznetsov Rusiya Baş Prokurorluğuna müraciətin effekti olub-olmayacağı barədə sualı belə cavablandırıb: "Qoy, mənim Rusiya haqqında fikirlərim kimin üçünsə gülməli və ya sadəlövh səslənsin, lakin bu gün Rusiya effektiv hüquq-mühafizə orqanlarına sahib olan güclü və demokratik dövlətdir. Xaricdən onun vətəndaşına qarşı fiziki güc tətbiq edilməsi ilə bağlı çağırışlar olduğu zaman bu, Rusiya hakimiyyətini narahat etməyə bilməz. Söhbət "Panduxt” təxəllüsü altında gizlənən Qrabt Melik-Şahnazaryanın müəllifi olduğu məqalələrdən gedir. Bu məqalələrdə təkcə Oleq Kuznetsovun deyil, onlarla Rusiya vətəndaşının hüquqları və qanuni maraqları pozulur. Heç bir hakimiyyət özünə qarşı açıq hörmətsizliyi sevmir. Bundan başqa, unutmayaq ki, gələn il Rusiyada prezident seçkiləri ilidir. Seçkilər ərəfəsində Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ölkədə erməni ekstremizminin qarşısını ala bilməməsi və ya almaq istəməməsi ilə bağlı söz-söhbətlər olacaq və bu da seçki kampaniyası zamanı heç kəsə lazım olmayan müxtəlif siyasi spekulyasiyalara yol açacaq. Ona görə də əminəm ki, mənim müraciətimə hərtərəfli baxılacaq və bunun əsasında ən sərt cavab qəbul olunacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol