• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanın Qarabağı vermək oyunu

İrəvanın Qarabağı vermək oyunu
20.09.2017 11:14
İşğal edilmiş bir sıra torpaqların Azərbaycana qaytarılması barədə İrəvan tərəfindən səsləndirimiş fikirlər Rusiya mətbuatında erməni təbliğatı ilə məşğul oan Stanislav Tarasovu çox narahat edib.

Öz cızmaqarasını o, təxminən belə adlandırıb: "İrəvan Dağlıq Qarabağın arxasından torpaqları verir”. Tarasovun fikrincə, bu göstərir ki, İrəvan heç kimin tanımadığı Dağlıq Qarabağda düşünülmüş və qəbul edilmiş hansısa konstitusiya adlandırdıqları sənədi tamamilə rədd edir. Bu kağız parçasında qeyd edilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə yanaşı işğal edilmiş bütün Azərbaycan torpaqları özünü "Dağlıq Qarabağ Respulikası” adlandıran qurumun ərazisidir. Əlbəttə, bütün bunlar  İrəvan tərəfindən düşünülmüş oyundur. Bu, dünya birliyinə Ermənistanın bu uzanan münaqişənin dayandırılması üçün qurban verdiyini göstərmək cəhdidir.

Maraqlıdır, Ermənistan paytaxtında keçirilən Diaspora Forumunda çıxış edən xarici işlər nazirinin müavini Şavarş Koçaryan demək olar ki, öz şefinin sözlərini təkzib edib: "Yaranmış çaxnaşanı başa düşmürəm. Heç kim heç bir ərazini verməyəcək”.

Yəni sözbət ermənicə alınır - biri deyir, o birisi təkzib edir. Dağlıq Qarabağın özündə də bu barədə danışhıblar. İşğal rejiminin başçısının mətbuat katibi iddia edib ki, işğal edilmiş bütün torpaqlar "Dağlıq Qarabağ Respublikasının” təhlükəsizliyi üçün böyük rol oynayır.

Özünü işğal reciminin keçmiş xarici işlər naziri kimi təqdim edən Arman Melikyan isə iddia edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu tərəfindən "Dağlıq Qarabağ Respublikasının” yurisdiksiyası altında olan torpaqlard işğal edilib. "Onda Dağlıq Qarabağ və İrəvan sakitcə susdu, konstitusiya ərazilərinin itirilməsini qəbul etdilər. Bu gün bunun təkrarlanmasına yol vermək olmaz”,- deyə Melikyan bildirib. Yəni İstiPress-in əvvəl yazdığı kimi, bu da erməni addımıdır və nə ilə quratacağı bilinmir.

Qeyd edək ki, Nalbandyanın torpaqların qaytarılmasının mümkünlüyü barədə bəyanatı Azərbaycanla Türkiyənin birgə geniş miqyaslı hərbi təlimlər keçirməsi zamanı və Ermənistanın Avropa Birliyi ilə sazişin bağlanmasının ərəfəsində səsləndirib.  Bunun da öz mənası var. 
Hələ ki, yalnız bir şey bəllidir: nə qədər ki, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunları tam çıxarılmayıb, bu dağlar diyarında sülh olmayacaq.

Mais Məmmədov, əməkdar jurnalist 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol