• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni deputat Bakıda xahiş etdi

Erməni deputat Bakıda xahiş etdi
22.09.2017 13:10
"Xahiş edirəm, bu konfransı anti-erməni təbliğat mərkəzinə çevirməyək və Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyək”
AzVision.az xəbər verir ki, bu sözləri "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda Milli Məclisdə keçirilən konfransda iştirak edən erməni deputat Armen Aşotyan deyib. 

O bildirib ki, münaqişələrdə bütün tərəflər əziyyət çəkir: "Burada deyə bilmərik ki, bir tərəf əziyyət çəkir. Biz çalışmalıyıq ki, bu məsələyə insan hüquqları çərçivəsində baxaq. Siyasi etnik tərəfləri qırağa qoyaq. Ermənilərə qarşı nifrət və ədavət zəhərini azərbaycanlıların ürəyinə salmayaq. Burada spiker üçün hesabat hazırlamışıq. Ermənifobiya streotipini aradan qaldırmalıyıq”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov erməni deputata cavab verib. O, bildirib ki, Azərbaycanda dərc edilən bütün dərsliklərdə xalqlararası dözümsüzlük, millətlər arası nifaq və bu tipli yanaşmalara dövlət səviyyəsində yol verilmir. 

"Erməni xalqına qarşı nifaq və dözümsüzlük faktları Azərbaycan təhsil sistemində tədris olunmur. Erməni dövlətinin təcavüzkar siyasəti və torpaqların işğal faktından və 1 milyondan çox insanın yurdlarından qaçqın və məcburi köçkün düşməsindən, BMT-nin 4 qətnaməsindən danışırıqsa, bu tarixi faktdır. Azərbaycan vətəndaşları, gəncləri də tarixi həqiqətləri bilməlidir. Hesab edirik ki, bu məsələni köklü şəkildə başa düşməliyik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol