• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər azerbaycanli redaktordan yazdi

Ermənilər azerbaycanli redaktordan yazdi
22.09.2017 15:32
Dünya və yerli mətbuat prezident İlham Əliyevin BMT-dəki uğurlu çıxışından yazdığı bir vaxtda Azərbaycandakı sapı özümüzdən olan baltalar ermənipərəst mövqe sərgiləməyə girişiblər. Bu gün düşmən mətbuatının manşet xəbərini Azərbaycan Yayım Assosasiyasında redaktor vəzifəsində çalışan Fazil Kərimov "müəyyən edib".

Missiya.Az xəbər verir ki, Fazil Kərimovun «facebook» səhifəsində yazdığı status ermənilərin əlinə növbəti "tutalqa"verib. Ağlasığmaz ifadələrin işlədildiyi statusda, Fazil Kərimov prezident ailəsini təhqir etməklə yanaşı, Azərbaycan xalqına qarşı da alçaldıcı ifadələr işlədib. Statusda Azərbaycanın deyil, Ermənistanın milli maraqları ön plana çəkilib və Azərbaycan xalqı «çuşka» adlandırılıb. Erməni jurnalistlər isə həmin statusu skreen edib və saytlarının manşet xəbərinə çeviriblər. Sanki status erməni saytları üçün yazılıb.

Hər kəsin sosial şəbəkələrdə siyasi hakimiyyətə və ölkədə baş verən proseslərə öz mövqeyini açıq şəkildə ifadə etmək hüququ var. Amma elə məsələlər var ki, onlara milli maraqlar baxımından yanaşmaq lazımdır. Görünür F.Kərimov kimilər dövlət maraqlarını qətiyyən qəbul etmirlər. Belələri üçün müqəddəs heç nə yoxdur. Axı necə ola bilər ki, bir ölkənin vətəndaşı məhz milli məsələyə yanaşmada Azərbaycan Prezidentini deyil, onun terrorçu adlandırdığı düşmən ölkənin rəhbərinin mövqeyini dəstəkləsin? Bu, dövlətə və xalqa xəyanət deyilmi? 

Prezident İlham Əliyevin BMT-dəki çıxışı Ermənistan böyük zərbə oldu. Ermənistan mətbuatı bu çıxışın təsirini azaltmaq üçün dəridən-qabıqdan çıxır. Erməni jurnalistlər hər vasitədən istifadə etməklə Prezident İlham Əliyevin çıxışına kölgə salmağa çalışırlar. Çünki Ermənistan prezidenti Serj Sarkisyan BMT-nin kürsüsündən «terrorçu» adlandırılıb və yəqin ki, o, bu zərbədən hələ uzun müddət özünə gələ bilməyəcək. Çox təəssüf ki, erməni juralistlərə bizim içimizdən biri olan da dəstək verir.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol