• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Qaradağlının milyonluq mülkləri - Siyahı

Vüqar Qaradağlının milyonluq mülkləri - Siyahı
29.09.2017 20:41
ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının sahib olduğu varidatının siyahısı üzə çıxıb. Bu siyahını olke.az saytı açıqlayıb. 

Villalar və evlər:

- Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa
- Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. "Neo MMC”dən 4 otaqlı mənzil
- Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28
- Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil
- Quba rayonunda üçmərtəbəli villa
- Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər "ATV-nin villaları” adıyla tanıyır)
- Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri - Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.
- Türkiyədə, Quş adası istirahət bölgəsində ev
- Bodrumda mənzil
- Antalyada ikiotaqlı mənzil
- İstanbulda "Molos İstanbul” adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.
- Bayraq Meydanının yaxınlığında "Panorama” restoranı (qayını Rauf Dadaşovla şərik)

Avtomobillər:
- Ən son model 2 ədəd "Audi” markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, "Audi”lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.
- İki ədəd son model "Lexus” avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir.
- Bir ədəd "Nissan patrol”. Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.
- Mercedes S Class

Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə "Rent a car”dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan "Nissan Patfhinder” markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol