• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda Kreml əleyhinə olanların sayı sürətlə artır

İrəvanda Kreml əleyhinə olanların sayı sürətlə artır
01.10.2017 12:35
 
Yelk Partiyası Ermənistan parlamentində kiçik bir fraksiya olduğundan bu ölkənin Avrasiya İttifaqından çıxması üçün yetərincə səs toplama ehtimalı olduqca zəifdir.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan parlamentində bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını özündə ehtiva edən qanun layihəsinin müzakirəsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistanın Avrasiya İttifaqından çıxmaq imkanları zəif olsa da, burada bir cəhət xüsusilə diqqət çəkir:

"Ermənistanın AİB-dən çıxmaq və Qərb dünyasına, xüsusilə, Avropa Birliyi və onunla bağlı olan qurumlara inteqrasiya etmək əhval-ruhiyyəsi hər gün bir az da artır. Yəni bu məsələnin parlament səviyyəsinə çıxarılmasının özü çox böyük hadisədir. Bu o deməkdir ki, sıravi ermənilərin şüurunda bu məsələ geniş kök salıb və getdikcə özünə daha çox tərəfdar toplamaqdadır. Ancaq Rusiya bu məsələ ilə bağlı Ermənistanı daim təhdid edir və İrəvana bütün yardımları kəsəcəyini bildirir. Ermənistan ərazisində Rusiyanın iki hərbi bazası var və ölkənin sərhədləri də rus qoşunları tərəfindən qorunur. Üstəlik, Rusiyanın Ermənistanda hərbi-siyasi iştirak səviyyəsi kifayət qədər yüksəkdir. Bu iki faktor sözügedən qərarın qəbul edilməsini müşkül edir. Bir sözlə, bu məsələ getdikcə genişlənən bir hərəkata çevrilsə də, hələ bir müddət bunu reallaşdırmaq xeyli çətin olacaq. Bu fonda qarşıda İrəvanı çox gərgin günlərin gözlədiyini və hakimiyyət böhranının dərinləşəcəyini söyləmək mümkündür”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol