• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Mahmudov məhkəməyə çağırıldı

Eldar Mahmudov məhkəməyə çağırıldı
02.10.2017 13:52
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

AzVision.az-ın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Mətləb Mustafayev çıxış edib. Bildirib ki, E. Quliyev ifadəsində zərərçəkmiş Maqsud Məmmədovdan alınan 120 min dollar pulun bölgüsünə nəzarəti Eldar Mahmudovun etdiyini bildirib: "MTN-ə çağırılan şəxslərin göstərişini Eldar Mahmudovun verdiyini deyib. Bildirib ki, Eldar Mahmudov onlara tapşırıb ki, kuratorluq etdiyi sahələrdə olan imkanlı şəxslərdən pul almaq lazımdır".

M. Mustafayev bu epizodların araşdırılması üçün Eldar Mahmudovun məhkəməyə çağırılmasını istəyib. M. Mustayev deyib ki, iclasda ifadə vermiş MTN əməkdaşları bildirirlər ki, onlara tapşırığı İlqar Əliyev verib: "Əgər belədirsə niyə onlar bu qanunsuz hərəkətlərə sövq edənlər barədə nazirə, nazir müavinə xəbər vermirdirlər?"

Hakim bildirib ki, bu vəsatətlərə növbəti iclasda baxılacaq. Daha sonra Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini işlədiyi bildirilən Ələkbər Heydərov çıxış edib: "Elçin Quliyev Azərbaycan generalı olub. Onun torpaq alverçisi Kamil Şükürovla nə əlaqəsi ola bilər?"
Ə. Heydərov deyib ki, onun haqqında MTN-də heç bir əməliyyat məlumatı olmayıb: "Əgər mənim haqqımda əməliyyat məlumatı yoxdursa, məni ora necə çağırmışdılar?"
E. Quliyev isə onun haqqında əməliyyat məlumatı olduğunu bildirib.
Daha sonra zərərçəkmiş M. Mustafayev yenidən çıxış edib. Bildirib ki, onun evinə silah qoyublar: "Necə ləyaqətsiz hərəkətlər ediblər. Məni şərləyiblər. Bu, alçaqlıqdır".

E. Quliyev isə M. Mustafayevin evindən silah tapıldığını deyib. M. Mustayev ona "ay bədbəxt, mənim evimə silahı sentyabrın 11-də qoymusunuz. Ancaq silahın yararlı olması barədə Natəvan Mirvətovanın verdiyi rəy 10 sentyabrda qeydiyyatdan keçib".
Bundan sonra tərəflər bir birini ittiham edib.

M. Mustayev deyib ki, Elçin Quliyev ifadəsində daxili telefonla Eldar Mahmudovun ona zəng edərək M. Mustafayevin evində silah olduğunu deyib: "Bir həftə sonra yenidən zəng edərək bacımın evində silah olduğunu deyib. Xahiş edirəm həmin əməliyyat məlumatının surəti məhkəməyə təqdim edilsin".

Hakim vəsatətə baxılacağını deyib.

Sonra iclas qapalı keçirilib. Prosesdə E. Quliyev tərəfindən dövlət vəsaitinin mənimsənilməsi epizodu araşdırılır.

Proses davam edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol