• $
  • €
  • ₽
  • ₺
  • £

Novruzda Azərbaycan ciddi problemlə qarşılaşa bilər

Novruzda Azərbaycan ciddi problemlə qarşılaşa bilər
03.10.2017 23:37
2018-ci il martın 21-dən erməni dili İraqın şimalında elan edilmiş kürd dövlətində dövlət dili statusuna gətiriləcək.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında erməni ekspert Karen Ovannisyan bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən yerli erməni icması referendumda Kürdüstanın müstəqilliyinə səs verib.

Beləliklə, Amerika işğalına qədər əsasən Azərbaycan türklərinin yaşadığı Ərbil və Kərkük şəhərləri  1918-ci ildə İrəvanın yaşadığı taleyi təkrarlayacaqlar və erməni dilinin rəsmi dövlət dili elan edildiyi bir dövlətin nəzarəti altına keçəcəklər.  İndi bu şəhərlərdə aparıcı element kürdlər olsa da 25 il qabaq Ərbildə də, Kərkükdə vəziyyət fərqli idi. Bu şəhərlərin hər birində təxminən 300 min əhali yaşayırdı və çoxluq türkmənlərə, yəni Azərbaycan türklərinə məxsus idi.
Hər iki şəhər tarixən də Azərbaycana məxsus olublar - Ağqoyunlu, Qaraqoyunlu və Səfəvi dövlətlərinə aid olmuşdular. Ərbil hətta azərbaycanlıların ataları səlcuq türklərinin səlib yürüşlərinə qarşı başladığı cihadın mərkəzi olmuşdu. Bölgə daha sonra Osmanlıların nəzarətinə keçsə də bu şəhərlər öz etnoqrafik xüsusiyyətlərini saxlamışdılar və Azərbaycanla bağlılıq itməmişdi.     

Hər şey 1992-ci ildə baş vermiş Amerika işğalından sonra dəyişdi. Bölgəyə 5 hərbi bazasını yerləşdirən ABŞ-ın yardımı ilə İraq Kürstanının mərkəzi Süleymaniyyədən Ərbilə daşında və şəhərin etnik tərkibi dəyişdirməyə başladı. Dünyanın müxtəlif yerlərindən şəhərə 700 minə yaxın kürd gətirildi və Ərbil 1 milyonluq şəhərə çevrildi, Ərbil vilayətində fəaliyyət göstərən 130 türk məktəbi zorla kürdəşdirildi. Eyni addamlar Kərkükdə də atıldı.  

Lakin Məsud Bərzani və havadarlarının İraqın şimalında elan etdiyi dövlətin kürd dövləti kimi qalacağına da elə bir inam yoxdur. Məsud Bərzani yeni dövlətin həm də erməni dövləti olduğunu bildirib. Hazırda Ərbil və ətrafında cəmi 4 min erməni yaşayır. 5 milyondan çox adamın yaşadığı və sayı 1 milyona çatan bir neçə  etnik qrupun yaşadığı bir bölgədə 4 minlik etnik qrupun dilinin dövlət dili elan edilməsi sual doğurur. Bu, böyük güclərin bölgə ilə bağlı daha təhlükəli oyunlar planlaşdırılmasından xəbər verir.

Erməni dilinin yeni statusu regionda dövlət hesabına erməni məktəblərin açılması, rəsmi dairələrdə erməni dilli məmurların oturmasını, universtetlərdə erməni bölmələrinin açılmasını vacib edəcək. Nəticədə, İraqın şimalında ermənilərin mühacirəti üçün yeni mərkəz yaralıdacaq. Ermənilər dünyada 10 milyondan çox erməninin yaşadığını bunun 5 milyonunun kripto-ermənilər, yəni gizli ermənilər olduğunu bildirirlər. Əsasən kürdcə, türkcə və ərəbcə də danışan həmin ermənilər formal olaraq müsəlmandırlar və kürd adı altında rahatlıqla Ərbilə yerləşə bilərlər. Ərbildə isə Amerika himayəsinin altında  həqiqi kimliklərini ortaya çıxara bilərlər. 

Beləliklə, Türkiyə və Azərbaycan İraqın şimalında öz ərazi bütövlükləri üçün yeni təhdidlə qarşı-qarşıya qalacaqlar. Ərbil recimi müxtəlif variantlarda çəkdiyi xəritələrdə az qala Türkiyənin 60 faizinə, Şimali Azərbaycanın Naxçıvan və Zəngəzur ərazilərinə, həmçinin Cənubi Azərbaycanın Urmiya vilayətinə, Təbriz vilayətinin isə yarıdan çoxuna iddia edir. Həmin ərazilərin erməni dərslik kitablarında yer alan uydurma "Böyük Ermənistan” xəritələrinə salındığı nəzərə alınarsa, Bərzani rejiminin ermənilərin tarixi avanturasına xidmət etdiyini anlamaq olar.

Azərbaycan və Türkiyənin başlıca vəzifəsi bu avantüranı elə beşiyində məhv etməyə nail olmaqdır. Əks halda hər iki dövlət böyük problemlərlə üzləşə bilər. Təcrübə göstərir ki, bəşəriyyətin başına gələn bütün bəlalar məhz avanturistlərin qeyri-normal təfəkküründən qaüynaqlanıb.

Çingiz Rüstəmov 
İstiPress  




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol