• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan ordusu 30-40 ilin silahlarından istifadə edir”

“Ermənistan ordusu 30-40 ilin silahlarından istifadə edir”
29.05.2020 05:33
"Ermənistandakı təlimlərin görüntülərini izləyəndə oradakı vəziyyəti aydın görürük. Şahid oluruq ki, təlimlərdə heç bir müasir silahlardan istifadə olunmur. Demək olar ki, 30-40 il əvvələ aid silahları təlimlərdə istifadə edirlər”.

Bu barədə AzVision.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Hərbi ekspert bildirib ki, Ermənistanın müdafiə nazirinin hesabatı cəmiyyətə şişirdirilmiş formada çatdırılıb:

"Ermənistanda ordu ətrafında ciddi problemlər var. Qeyri-döyüş şəraitində itkilərin sayı artıb. Bununla bağlı cəmiyyətdə də narazılıqlar mövcuddur. Həmçinin yeni müdafiə nazirinin senzura ilə bağlı tələbləri var. O bildirmişdi ki, cəbhə bölgəsindəki vəziyyətlə və itkilərlə bağlı sosial şəbəkələrdə məhdudiyyət qoyulsun. Bu, mətbuata da şamil olunub. Həmçinin Ermənistan müdafiə nazirliyində silahlandırma ilə bağlı korrupsiya halları cəmiyyətdə narazılıq yaradıb. Bu baxımdan ordunun silahlandırılmasına dair cəmiyyətə verilən son informasiya ondan ibarətdir ki, guya xərclər həmin yerlərə yönləndirilib”.

Ş.Ramaldanovun sözlərinə görə, Ermənistanın bugünkü iqtisadi durumu yeni silahlar almağa imkan vermir.

"Ermənistanda hərbi sənayenin inkişafı ilə bağlı verilən məlumatlar həqiqətdən uzaqdır. Azərbaycanın iqtisadi gücü, Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılması hər kəsə bəllidir. Statistik məlumatlarda da bu məsələ öz əksini tapıb. Azərbaycan 50 pillə Ermənistandan öndədir. Onların silahlandırma ilə bağlı səsləndirdikləri fikirlərin hamısı şişirdilib. Ermənistanın silahları Azərbaycan Ordusunun sahib olduğu müasir silahlarla müqayisə oluna bilməz. Bir-iki dəfə "İskəndər” raketləri ilə bağlı səs-küy çıxardılar. Daha sonra aydın oldu ki, həmin silahlar Ermənistana məxsus deyil”.

Hərbi ekspert vurğulayıb ki, Ermənistan Qarabağ işğaldan azad olunacağı təqdirdə inkişaf yolunu tuta bilər: "Əks təqdirdə Ermənistanı faciə gözləyir. Nəticədə işğalçı qüvvələr Azərbaycan Ordusu tərəfindən darmadağın ediləcək və Qarabağ Azərbaycana qaytarılacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol