• $
  • €
  • ₽
  • ₺
  • £

“Amerika hərbçiləri məhv ediləcək”

“Amerika hərbçiləri məhv ediləcək”
06.10.2017 11:37
Rusiya, Türkiyə və İran Suriyada təhlükəsizlik zonalarının yaradılması mövzusunda razılaşsalar da, ölkədə hazırkı vəziyyət gələcəklə bağlı nikbin danışmağa əsas vermir. Bunun səbəbi hazırda Rusiya və ABŞ -ın Suriyada qarşıdurma vəziyyətində olmasıdır.

Publika.az xəbər verir ki, Almaniyanın "Die Welt” nəşrinin yazdığına görə, Rusiya və ABŞ-ın müttəfiqləri artıq bir-birini güllələyirlər.

Son olaraq Rusiya xüsusi təyinatlıları Fərat çayını keçib. Alman nəşri qeyd edir ki, bu, görünür Amerikaya müharibə elanıdır. Fərat çayı üzərindəki körpü 210 metr uzunluğa malikdir və onun üzərində gün ərzində 8 min hərbi maşın keçə bilər. Rusiya xüsusi bölmələri onu ölkənin ən böyük çayı vasitəsilə Deyr-ez-Zora birləşdirib.

"48 saatda rekord vaxt ərzində”, - Rusiya dövlət televiziyası qələbədən xəbər verir və körpünün üzərində çəkilən yük maşınları ilə əsgərlərin şəkilləri göstərirdi.

Rusiya tamaşaçısı üçün bu, milli ordunun logistik qələbəsi idi.

"Die Welt” nəşri qeyd edir ki, Fəratın qərb və şərq sahillərini birləşdirən körpü təhlükəli kəskinləşməni təhrik edir.

"Çünki bu çay Moskva və Vaşinqton arasında demarkasiya xətti kimi müəyyən edilib. Rusiya və Amerika əsgərləri arasında birbaşa, həmçinin onların müttəfiqləri arasındakı silahlı konfliktlərdən qaçmaq üçün onu keçmək olmaz. Kreml Suriya vətəndaş müharibəsində Bəşər Əsəd rejiminin silahlı qüvvələrini qələbə yoluna çıxardı. Ağ Ev "Suriya Demokratik Gücləri”ni (SDF) dəstəkləyir. Onlar ölkəsinin şimalında İŞİD-ə qalib gəldilər və "xilafət”in paytaxtı Rakkanı tutmağa çalışırlar. Razılaşmanın Rusiya tərəfindən pozulması demək olar ki, müharibə elanıdır. Rusiya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Suriya ordusu Fərat çayının şərq sahili üzrə irəliləyir. Rejim qüvvələrini SFD-dən yalnız beş kilometr ayırır. Artıq bir neçə dəfə onlar arasında döyüşlər baş verib. Rusiya Hərbi Hava Qüvvələri hətta SDF-in mövqelərini bombardmana məruz qoyub. Hətta Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov ABŞ-ın ali komandanlığını xəbərdar edib ki, Rusiya və Suriya qoşunları yenidən atəş altına düşərsə, SDF ilə yanaşı, Amerika hərbçiləri də atəşə məruz qalacaq”, - məqalədə deyilir.

Məqalədə bildirilir ki, Moskva, görünür, Deyr-Ez-Zoru döyüşsüz ABŞ-a və onun müttəfiqlərinə vermək istəmir: "Çünki orada yalnız ölkənin ən böyük neft və qaz ehtiyatları mövcud deyil, Fəratın vadisi həmçinin böyük taxıl anbarıdır. Bundan başqa, İŞİD-in rəhbərləri İraq və Suriyadan guya, bu regiona qaçıblar. Hətta İŞİD lideri Əbubəkr əl-Bağdadinin İraqla sərhəd rayonunda olduğu təxmin edilir. Nə Rusiya, nə də Amerika İŞİD-in belə kadrlarının tutulmasından imtina etməyəcək. Görünür, hər iki böyük dövlət arasında ölkənin zəngin resursların ələ keçirilməsi üzrə mübarizə güclənir”.

Hazırda şəhərin təxminən 65 faizinə Suriya ordusu nəzarət edir. Digər hissə hələ İŞİD-in əlindədir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol