• $
  • €
  • ₽
  • ₺
  • £

Prosineçki Azərbaycanda qalacaq

Prosineçki Azərbaycanda qalacaq
11.10.2017 13:27
Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasının sükanı arxasında qalmamağa qərar verib. 

Anews.az report-a istinadən xəbər verir ki, bu barədə 48 yaşlı mütəxəssisin özü index.hr saytına müsahibəsində bildirib.

R.Prosineçki yaxın günlərdə danışıq aparmaq üçün Azərbaycana səfər edəcəyini söyləyib. Xorvatiyalı baş məşqçi hazırkı işini davam etdirəcəyi fikrində olmadığını vurğulayıb: "AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycanda olacağam. Yeni təkliflər üzərində çalışacağam. Çox güman ki, Azərbaycanda qalmayacağam".

Xorvatiyalı mütəxəssis Sloveniya yığmasının baş məşqşçisi postuna dəvət almasına da münasibət bildirib. O, yayılan xəbərləri təkzib edib: "Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə gəlməyim 12 saatımı aldı. Xəbərləri qəzetdən oxudum. Ola bilər ki, məni Sloveniya millisində görmək istəyirlər. Amma hazırkı anadək heç kim mənimlə əlaqə saxlamayıb. Bu, sabah da baş verə bilər. Ona görə də heç nə deyə bilmərəm".

R.Prosineçki dünya çempionatının "pley-off" mərhələsinə yüksələn Xorvatiya millisində baş məşqçi dəyişikliyinin əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, Zlatko Daliç komandaya Ukrayna üzərində qələbə qazandıra bilibsə, yenə şans qazanmalıdır. Təcrübəli mütəxəssis həmvətənlərinin "pley-off"da Şimali İrlandiya ilə üz-üzə gəlmə ehtimalına da münasibət bildirib. O, seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer almış britaniyalıların Xorvatiya ilə qarşılaşmada heç bir şansa malik olmadığını söyləyib: "Düzdür, Şimali İrlandiya yaxşı komandadır, güclüdür, yüksək keyfiyyətli və mütəşəkkil komandadır, onlara qarşı oynamaq çətindir. Amma Xorvatiya yoldaşlıq görüşündə bu kollektivi yenmişdi. Fikrimcə, biz güclüyük və "pley-off"da rəqib Şimali İrlandiyaya olsa, Rusiyanı görəcəyik".

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə rəhbərlik edən R.Prosineçkini müqaviləsinin müddəti dekabrda başa çatır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol