• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda şəhid QALMAQALI

Sumqayıtda şəhid QALMAQALI
13.10.2017 13:51
Sumqayıtda Qarabağ şəhidləri ilə bağlı qalmaqal baş verib. Belə ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə Qarabağ döyüşlərində şəhid olmuş 5 hərbçinin plakatı hazırlanıb və vaxtilə yaşadıqları küçələrə vurulub. Amma bir neçə gün sonra şəhidlərin plakatları naməlum şəxslər tərəfindən sökülüb.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı  şəhid plakatlarının sökülməsinə görə Sumqayıt şəhər İcra Hakimiyyətini günahlandırıb. Sosial şəbəkələrdə bu hadisəyə münasibət bildirənlər hiddətlərini gizlətmir, plakatların sökülməsini şəhidlərə hörmətsizlik hesab edirlər.

Maraqlıdır, qanun şəhid plakatlarının onların yaşadığı əraziyə vurulmasına icazə verirmi?

Anews.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

Deputat hər kəsi şəhidlərimizlə bağlı məsələlərə həsaslıqla yanaşmağa çağırıb.

"Mənim bacım oğlu da şəhid olub. Şamaxı rayonunun Nərimanov küçəsində onun yaşadığı evin divarına mərmər daş üzərində şəkli vurulmuşdu. Həmin şəkli oradan çıxarmaq istəyirdilər. Bununla bağlı böyük narazılıq da olmuşdu. Amma daha sonra divardan çıxıntı olmadığına, gəlib-gedənə mane törətmədiyinə görə toxunmadılar. Hesab edirəm ki, şəhid plakatlarının bu qaydada vurulmasına mane olmaq lazım deyil”.
 
T.Kərimli İranda dövlət tərəfindən şəhidlərin plakatlarının küçələrə vurulduğunu deyib: "Bizdə də bu cür hallar qanunla tənzimlənir. Sumqayıtda şəhidlərimizin plakatlarını qoyanlar  bunu yerli icra orqanı ilə razılaşdırmalı idilər. Amma o plakatlar gediş-gəlişə mane olmursa, özündə hansısa mənfi yük daşımırsa, kiməsə mane törətmirsə, buna həssaslıqla yanaşmaq olardı. Həmin plakatları ora vuranlara demək olardı ki, yerini dəyişdirsinlər. Çox təəssüflər olsun ki, bəzən məmurlar bu işlərə səhlənkar yanaşırlar. Hətta bəzi məmurlar şəhid analarına deyir ki, "Oğlun gedib şəhid olmayaydı”. Bəzən gözümüzün qabağında qanunsuzluğu görürük və ona susuruq. Amma şəhidə qarşı belə hal olanda, dərhal reaksiya veririk ki, guya qanunu müdafiə edirik. Düşünürəm ki, hakimiyyət nümayəndələri belə hallara qarşı təmkinli davranmalı, səhlənkarlıq etməməlidir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol