• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident mühüm sərəncam imzaladı

Prezident mühüm sərəncam imzaladı
13.10.2017 22:17
Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında hasilat sənayesində şəffaflığın təmin edilməsi ilə bağlı tədbirlərin icrasına məsul olan qurum dəyişib.



Mia.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.



Azərbaycan prezidenti tərəfindən 27 aprel 2016-cı il tarixli sərəncam təsdiqlənmiş "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nında Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun fəaliyyətinin dəstəklənməsi, əməkdaşlığın davam etdirilməsi və təlimlərin keçirilməsi ilə bağlı məsul icraçı qurum olaraq Dövlət Neft Fondu müəyyənləşdirilmişdi. 


Dəyişikliyə əsasən isə 2017-2018-ci illərdə beynəlxalq prinsiplərə uyğun olaraq, hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə tədbirlər görülməsi, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlərlə əməkdaşlığın davam etdirilməsi ilə bağlı tədbirlərin icrasına məsul qurum Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya olacaq.



Qeyd edək ki, bu ilin mart ayında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Kolumbiyanın Boqota şəhərində keçirilən kollegiya iclasında Azərbaycanla bağlı arzuedilməz qərar qəbul edilib və bundan sonra qərara etiraz olaraq Azərbaycan qurumdan çıxması barədə bəyanat verib. Aprelin 5-də Azərbaycan prezidenti "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb.



Komissiyanın sədri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumovdur.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol