• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyandan Qarabağla bağlı HİYLƏGƏR OYUN

Sarkisyandan Qarabağla bağlı HİYLƏGƏR OYUN
14.10.2017 17:36
Azərbaycan və Ermənistan prezidentlərinin MDB dövlət başçılarının Soçidə keçirilən sammiti çərçivəsində görüşü olmadı. Hərçənd, görüş öncəsi bu haqda ehtimallar səsləndirilirdi.
Publika.az-ın xəbərinə görə, indi əsas gözlənti prezidentlərin ilin sonuna kimi görüşəcəyi ilə bağlıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərin nəticələri ilə bağlı yaydıqları bəyanatda buna açıq işarələr var idi. Bununla yanaşı, ilin sonuna kimi Rusiyanın da prezidentlərin görüşünü təşkil etmək istədiyi deyilir. Lakin Soçi sammitindən bir gün sonra – dünən baş verən iki məqam diqqətdən qaçmadı:
 
Birinci: Ermənistan snayperləri təmas xəttinə yeridərək, mövqelərimizi atəşə tutdu.
 
İkinci: Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan "bu gün danışıqların irəliləməsinin heç bir imkan yoxdur” deyərək, Azərbaycana qarşı "atəşkəsə nəzarət mexanizmləri” şərtini irəli sürdü.
 
Bu iki məqam Ermənistanın faktiki olaraq, danışıqlardan yayındığını, masada əyləşməmək üçün siyasi və hərbi platformada təxribata əl atdığını deməyə əsas verir.
 
Ermənistan mediasında yer alan informasiyalar da işğalçı ölkənin məqsədini açıq şəkildə göstərir.
 
Siyasi şərhçi Aram Amatuni yazır ki, Serj Sarkisyan diqqəti daxili problemlərə ayırır: "Ölkədə ictimai-iqtisadi problemlər var, eləcə də hökumət daxilində mübarizə qızışır. Təcrübə göstərir ki, bu, Sarkisyan üçün təbii hadisədir. Lakin o, öz hakimiyyətini qorumaq üçün təkcə daxili yox, xarici faktorları da nəzərə almalıdır. İdiki məqamda danışıqlar masasında əyləşmək hər şeydən öncə Sarkisyanın hakimiyyəti üçün təhlükəlidir”.
 
Erməni şərhçinin sözlərindən belə anlaşılır ki, Sarkisyan danışıqları ən az 2018-ci ilin aprelinə kimi uzatmaq niyyətindədir. Həmin vaxt o, prezident səlahiyyətlərini təhvil verəcək və hakimiyyət üzərində nəzarəti saxlamaq üçün özünə yeni post açacaq. Bu proses fonunda A.Amatinin "Sarkisyan daxili siyasətdə yenə də Qarabağ kartına müraciət edəcək” sözləri diqqət çəkir.
 
Hesab etmək olar ki, Sarkisyan danışıqlar masasında əyləşməmək üçün siyasi və hərbi təxribatlarını davam etdirəcək.
 
A.Amatini qeyd edir ki, "Qarabağ ətrafında ciddi proseslər başlayanda, bu, müharibə mərhələsinə keçid üçün əsas olur. İndiki məqamda, danışıqların saxlanılması daha yaxşıdır, əks halda, "ciddi danışıqlar” arxasınca müharibəni gətirir”.
 
Erməni şərhçinin dediklərindən belə anlaşılır ki, Sarkisyan həm də müharibə qorxusuna görə danışıqların dondurulmasına çalışır. Faktiki olaraq, işğalçı ölkə təhlükəli oyun oynayır. Çünki danışıqların dondurulması müharibə fitilinin hər an alovlanması deməkdir.
 
O da istisna deyil ki, Sarkisyan prezident postunu təhvil verdikdən sonra nəzarəti əldən verməmək üçün təmas xəttində gərginliyin olmasında maraqlıdır. Çünki onun 2018-ci ildən sonra Milli Təhlükəsizlik Şurasının baş katibi olacağı haqda informasiyalar var. Qarabağda istənilən toqquşma Sarkisyanın "lazımlılıq” potensialını artıra bilər. Ermənistan prezidentinin Soçidən gələn kimi snayperləri təmas xəttinə göndərməsi də bütün bunların fonunda diqqət çəkir.
 
Asif
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol