• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ probleminin həll yolu yoxdur” - Jirinovski

“Qarabağ probleminin həll yolu yoxdur” - Jirinovski
20.10.2017 00:41
"Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq”.

 Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.
"Dəyişən dünyada inteqrasiya prosesləri” mövzusunda aparılan panel diskussiyada çıxış edən Jirinovski Azərbaycan və prezident İlham Əliyevlə bağlı maraqlı açıqlamalar verib.

Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb.

RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır: "Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həll yolu yoxdur”.

Onun sözlərinə görə, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir.

"Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsüz ki, burada əsas məsələ SSRİ-nin qeyri-qanuni parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu, mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır”, - deyə deputat bildirib.

Jirinovski qeyd edib ki, kataloniyalılara simpatiya bəsləyir, amma hesab edir ki, İspaniya kralı haqlıdır, bura krallıqdır, vahid ölkədir. "Azadlıq arzusunu qəbul etməyimizə baxmayaraq, onu da qəbul edirik ki, ölkələrin "şəhər respublikaları" və "kənd dövlətləri" kimi bölüşdürməsi nəticədə sonsuz müharibələrə gətirib çıxaracaqdır”, - deyə Dumanın deputatı bildirib.

"Mən Azərbaycanı salamlayıram. Oranın rəhbəri İlham Əliyevi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMU) məzununu, onun atasını yaxşı tanıyıram. Amma onların problemləri uzun müddət qalacaq. Qüds problemini həll etmək mümkündür? Yox. Yəhudilər hesab edirlər ki, bu, onların şəhəridir, paytaxtıdır, ərəblər isə hesab edirlər ki, onlarındır”,- deyə Rusiya liberallarının lideri əlavə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol