• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın ermənilərdən alacağı ilk rayon

Azərbaycanın ermənilərdən alacağı ilk rayon
23.10.2017 21:32
Oktyabrın 30-da işə salınacaq Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu  Gürcüstanın ermənilər yaşayan yeganə rayonu Axalkalakinin müsəlmanlaşmasına və azərbaycanlılaşmasına səbəb olacaq.

İstiPress-in məlumatına görə, bu barədə erməni tarixçi, Gürcüstan məsələləri üzrə ekspert Vahe Sarkisyan Ermənistanın "1in.am” portalına müsahibəsi zamanı bildirib.

BTQ-nin Osmanlı imperiyasının təslim olduğu Mudros müqaviləsinin bağlandığı gündə - oktyabrın 30-da açılmasının təsadüfi olmadığını vurğulayan Vahe Sarkisyan BTQ-nin bütünlüklə Ermənistan əleyhinə yönəlmiş layihə olduğunu vurğulayıb.

Onun fikrincə, Türkiyə həmişə Gürcüstanı və Ermənistanı işğal etmək istəyib: "Yüz ildən sonra işğalın forması dəyişə bilər, amma məqsəd eynidir. Türkiyə göstərir ki, yüz il əvvəlki məğlubiyyəti ilə razılaşmır və yenidən Cənubi Qafqaz bölgəsində iri oyunçudur”.

1918-ci ildə Mudros limanında imzalanmış saziş Osmanlı imperiyasının təslim olmasının hüquqi təsbiti idi və ermənilər Türkiyəyə qarşı qaldırdıqları ərazi iddialarında məhz bu sazişə əsaslanırlar. Vahe Sarkisyan Mudrosu yada salmaqla erməniləri başa salır ki, onlar BTQ iş düşməsindən sonra Türkiyəyə qarşı hər hansı ərazi iddiaları ilə çıxış etməyi yadlarından çıxarsınlar.

"Dəmir yolu Cavaxetiyaya çox sayda Türkiyə - Azərbaycan işçi qüvvəsinin gətirilməsinə səbəb olacaq. Bu, Cavaxetiyada gündən-günə güclənən türkləşməni sürətləndirəcək və demoqrafik durumu dəyişəcək”, - deyə Vahe Sarkisyan bildirib.   

Vahe Sarkisyan Gürcüstan ərazisində bunun bir neçə rayonda baş verdiyini iddia edib. Onun iddiasına görə, Gürcüstanın Dmanisi, Bolnis, Marneuli və Qardabani rayonlarında yaşayan azərbaycanlıların sayı 1920-ci ildən sonra 70-il ərzində 2-3 mindən 400 minə qədər artıb. 

Təbii ki, onun səsləndirdiyi rəqəmlər şişirdilib. 90 il qabaq - 1926-cı ilin siyahıyaalmasına görə, Gürcüstanda 137 min azərbaycanlı yaşayırdı, hazırda 300 minə yaxındırlar. Yəni 70 ildə heç 2 dəfə belə artmayıblar. Türklər və azərbaycanlıların Mesxet-Cavaxetiyada yaşaması isə hələ eradan əvvəl 4-cü əsrə gedir.

Gürcü tarixçi Leonti Mroveli eradan əvvəl 4-cü əsrdə baş vermiş hadisələrdən yazarkən buntürklərin Kürün aşağı axarlarından, yəni indiki Azərbaycan ərazisindən qalxaraq Cavaxetiyaya yerləşməyindən bəhs edir. Əksər tarixçilər bu fikirdədir ki, "bun-türk” sözü qədim gürcü dilində həqiqi türk mənasını verir.

Əsrlər keçdikdən sonra həmin buntürklərin törəmələri xristianlığı qəbul etsələr də, Axalkalakinin bir çox kəndlərində hələ də türkcə danışmaqda davam edirlər. Ermənilər onlara frenk deyir. Frenklər Axalkalakinin altı kəndində hələ də türkcə danışmaqdadırlar - Vahe Sarkisyan tez-tez erməni telekanallarında bu barədə danışır və həmin kəndlərin müsəlmanlaşması təhlükəsindən bəhs edir.

Amma frenkləri yaxından tanıyanlar onların Azərbaycana olan böyük rəğbətindən xəbərdardılar. Bu baxımdan Azərbaycan xalqına kökdən bağlı olan frenkləri müsəlmanlaşması azərbaycanlılar üçün həddindən müsbət xəbərdir. Hər halda, buntürklərin törəmələri 2500 il sonra yenidən öz mənəvi mühitlərinə qovuşacaqlar.

BTQ həm də Azərbaycanı geniş Avropa yoluna çıxaracaq. Həm də Vahe Sarkisyan bildirib ki, "Türkiyə və Azərbaycan Gürcüstan ərazisindən istifadə etməklə, hələlik iqtisadi müstəvidə olsa da, möhkəm quru xətti ilə bağlanıblar”.

Düz sözə nə deyəsən?!

Çingiz Rüstəmov 
İstiPress  




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol