• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan 5 rayonu “sata” bilər

Ermənistan 5 rayonu “sata” bilər
25.10.2017 14:43
"Azərbaycanla Ermənistanın mövqeləri bir-birilə uzlaşmır. Bu yaxınlarda Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş də bunu təsdiq etdi. Bu görüş heç olmasa mövqelərin bir-birinə yaxınlaşmasını göstərməli idi, Qarabağ münaqişəsinin nizama salınmasına hansısa bir cəhd olmalı idi”.
 
Modern.az saytının məlumatına görə, bunu haqqın.az portalına müsahibəsində rusiyalı jurnalist və analitik Vadim Dubnov deyib.
 
Politoloq bildirib ki, hər iki ölkənin siyasi elitaların mövqeyinə baxdıqda Qarabağ münaqişəsinin nizama salınması prosesində qarşılıqlı məqbul variantların gözdən keçirilmədiyini görmək olar.
 
"Sual oluna bilər ki, bəs sülh mümkündürmü? Bəli, o mümkündür. Təbii ki, əgər detalların texniki müzakirəsinə yaxınlaşma olarsa. İndi müəyyən dərəcədə vəziyyət sabitləşib. Amma texniki yanaşmalarda böyük çətinliklər var”-Vadim Dubnov belə hesab edir.
 
Onun sözlərinə görə, siyasi iradə olduğu halda Laçın koridoru ilə bağlı məsələni həll etmək olar.
 
Analitik Ermənistanın işğal etdiyi bir neçə rayonun Azərbaycana qaytaracağı haqdakı iddialara da münasibətini açıqlayıb.
 
"Birincisi kommunikasiyaların açılması Ermənistan üçün kifayət deyil. İkincisi, Yerevan bu plana etibar etmir. Üçüncüsü isə Ermənistan hərbi-topoqrafik fikirlərdən, Qarabağın ətrafında "təhlükəsizlik kəməri”ni itirməkdən qorxur”.
 
Vadim Dubnov Ermənistanın gələcəkdə işğal etdiyi torpaqları Azərbaycana "sata” biləcəyini də söyləyib.
 
"Başqa amillər də var. Məsələn, Ermənistan bu 5 rayonu gələcəkdə  baha qiymətə "sata” bilər. Ermənistan tərəfi buna hazırdır. Ermənistan cəmiyyətində və siyasətində parçalanma təhlükəsi var. Bunları nəzərə almaq lazımdır, lakı Ermnənistan cəmiyyəti hansısa rayonun Azərbaycana qaytarılmasını istəmir”.
 
Ekspert 2018-ci ildə Ermənistanda siyasi təlatümlərin artacağını və bunun partlayışa səbəb olacağını da bildirib. Bu isə Serj Sarkisyanın prezident postundan gedəndən sonra onun baş nazir olmaq istəyi ilə bağlıdır.
 
Vadim Dubnov bu fonda cəbhədə vəziyyətin gərginləşəcəyi ehtimalının yüksək olduğunu da bildirib.
 
"Cəbhədə vəziyyətin yenidən kəskinləşməsi mümkündür. Bakı status-kvo ilə razı deyil və bunu dünyaya da çatdırır. Bakı deyir ki, hazırkı vəziyyət onu qane etmir. Lakin cəbhədə insidentlər başlasa, bu 3, 5, 7 gün davam edə bilməz. Çünki münaqişə tərəfləri bu yüklənməyə dözə bilməz”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol