Zaxarova Qarabağdan danışdı

"Rəsmi Moskva Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqlar prosesini sürətləndirməyə hazırlıqlarını, eləcədə təmas xəttində gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq cəhdlərini alqışlayır".
İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O, İlham Əliyevlə Serj Sarkisyanın oktyabrın 16-da Cenevrədə keçirdikləri görüşün nəticələrini belə şərh edib.
Zaxarova həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkənin xarici işlər nazirinin görüşünü təşkil etmək cəhdlərini də dəstəkləyirlər. O, həmçinin münaqişə zonasındakı vəziyyətdən də təəssüfləndiyini də dilə gətirib.
www.anews.az
























