• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər təlaşda: Ərdoğan Qarabağı qaytarır

Ermənilər təlaşda: Ərdoğan Qarabağı qaytarır
30.10.2017 11:46
Türkiyə liderinin Bakı səfəri İrəvanda ciddi qorxu doğurub

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimi ilə bağlı Azərbaycan paytaxtına bu günə nəzərdə tutulmuş səfəri Ermənistanda ciddi narahatlıq doğrub.

İstiPress-in məlumatına görə, müxtəlif düşərgələri təmsil edən erməni şərhçiləri və ya ermənipərəst şərhçilər hətta Ərdoğanın Bakıya səfərinin əleyhinə çıxırlar və bunun Qarabağ məsələsi ilə əlaqələndirirlər.

Məsələn, bu axşam "Sputnik Armeniya” portalında səfərlə bağlı məqalə dərc etdirmiş erməni şərhçi Arman Vaneskeqyan Türkiyənin Qarabağ məsələsinə qarışmaq istəyinə Moskva və Tehranın sərt reaksiya verdiyini iddia edib:

"Kreml də, Tehran da buna yetərincə sərt reaksiya verirlər, xüsusi qeyd edirlər ki, onlar hər ikisi münaqişə regionunda ciddi geosiyasi marağa malikdirlər, hətta nəzəri cəhətdən prosesə üçüncü qüvvənin müdaxiləsinə imkan vermirlər”.

Təbii ki, Türkiyənin münaqişə regionu üçüncü qüvvə sayılması Arman Vaneskeqyanın kəşfidir - Rusiya, Türkiyə və İran münaqişə zonasına coğrafi baxımdan eyni məsafadə dayanıblar, onlardan hansısa birini üçüncü qüvvə saymaq sadəcə absurddur.  

Rusiyada  fəaliyyət göstərən ermənipərəst "Regnum” portalının şərhçisi Stanislav Tarasov isə Türkiyənin Azərbaycanın siyasətinin girovuna çevrildiyini iddia edir. O qeyd edir ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcərin işğalından sonra bağlayıb. Müəllif bildirir ki. Ermənistan işğal etdiyi hansısa bir rayonu qaytarmasa, sərhədlər açılmayacaq. Lakin Tarasovu fikrincə, Türkiyə işğal faktını qulaqardına vurmalıdır və Ermənistanla sərhəddi açmalıdır.

Aydın görsənir ki, erməni şərhçilərin və ermənipərəs şərhçilərin böyük əksəriyyəti beynəlxalq hüququ, xüsusilə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən Helsinki prinsiplərini qəbul etmirlər. Avropa  Birliyi üzvlərinin separatçı Kataloniya rejiminə qarşı sərt davranışı, həmçinin İraq Kürdüstanın müstəqillik elanının uğursuz məğlubiyyətlə nəticələnməsi Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq xülyalarının üstündən xətt çəkir. Buna görə onlar Azərbaycanın təklənməsinə çalışırlar. 

Bu baxımdan Bakıda  BTQ-nin açılışı ilə bağlı bu gün nəzərdə tutulmuş mərasimə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin gəlməsi də Ermənistan hakimiyyətini ciddi narahat edir. Sirr deyil ki, Nazarbayev həm Avrasiya İttifaqının, həm də Türk Dünyasının ağsaqqalı sayılır. Türkiyə - Rusiya münasibətlərinin kəskinləşdiyi dönəmdə Moskva ilə Ankaranın müharibə variantına əl atmaması və daha sonra barışması məhz Nazarbayevin səyləri nəticəsində baş tutub.

İndi bu əmkdaşlıq dərinləşə bilər - ABŞ sanksiyalarının dərinləşməsinə rəğmən Türkiyənin Rusiyadan S- 400 raketlərinin almaq niyyəti bu münasibətlərin dərinləşməsində xəbər verir. Ümumiyyətlə, Türkiyə Rusiyadan hər il 18 milyard dollarlıq mal alır, S-400 kimi anlaşmalar bu rəqəmi 20 milyard dolların üzərinə çıxara bilər. Təbii ki, Ankara bunun müqabilində Rusiyadan Qarabağ məsələsində mövqeyini yumşaltmağı tələb edə bilər. İki ölkənin 1021-ci ilin oktyabr ayında bağladığı Qars müqaviləsi bunun örnəyidir. Onda Moskva erməni iddialarını nəzərə almadan Türkiyəyə dəstək vermişdi.  

Moskva Azərbaycana qarşı mövqeyini mülayimləşdirərək, məsələn, Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan ordusunun çıxarılmasına raızılıq verə bilər. Həmin müddət ərzində aralıq status vermiş Dağlıq Qarabağa qaçqınlar qaytarıla bilər və ən sonda keçmiş muxtar vilayətdə Azərbaycanı tam suverenliyi bərpa oluna bilər.

Ermənistan  rəhbərliyini qorxudan məhz bu variantdır, buna görə də hər cür vəchlə  bu yaxınlaşmanın baş tutmasını istəmirlər.  Yəni məsələ təkcə dəmir yolunda deyil.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol