• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrindən danışdı

İlham Əliyev Türkiyə-Azərbaycan əlaqələrindən danışdı
31.10.2017 15:36
"Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da, əminəm ki, çox uğurlu nəticə verəcək".

Anews.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında deyib. 

"Hörmətli cənab Prezident, əziz qardaşım.

Hörmətli qonaqlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Cənab Prezident, biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu gün biz təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Bir daha görürük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bugünkü toplantısı da, əminəm ki, çox uğurlu nəticə verəcək. Gündəlikdə bir çox məsələlər var - siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri. Yəni, gündəlik kifayət qədər genişdir və bütün istiqamətlər üzrə çox yaxşı nəticələr var. Bizim qəbul etdiyimiz qərarlar icra edilir və hökumətlərarası birgə komissiya da çox uğurla fəaliyyət göstərir.

Əminəm ki, bu gün geniş tərkibdə müzakirə ediləcək məsələlər də yaxşı nəticələrə gətirib çıxaracaq. Bir daha xoş gəlmisiniz", - deyə dövlət başçısı vurğulayıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol