• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın İrandan gözlədiyi pullar

Ermənistanın İrandan gözlədiyi pullar
02.11.2017 00:21
İrəvan həm Moskvadan, həm də Tehrandan yararlanmağa çalışır

Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın "RİA Novosti" agentliyinə müsahibəsində İranla münasibətlərə, xüsusilə Ermənistanın bu ölkədən əldə ümid etdiyi maliyəə vəsaitlərinə xüsusi diqqət yetirib.

İstiPress-in məlumatına görə, Tehranda İran, Azərbaycan və Rusiya prezidentləri Həsən Ruhani, İlham Əliyev və Vladimir Putinin üçtərəfli görüşü ərəfəsində Ermənistan prezidenti sanki daxili auditoriyaya ölkəsinin İranla daha yaxın əlaqələrə malik olduğunu iddia edib.

"İran böyük bazardır, 80 milyonluq ödəniş qabiliyyətli bazardır və Avrasiya İttifaqı ölkələrində istehsal edilən məhsullara bu ölkədə böyük ehtiyac var”,- deyə Ermənistan lideri bildirib. 

Eyni yanaşma Rusiyanın «Regnum» portalının ermənipərəst əməkdaşı Stanislav Tarasov tərəfindən də nümayiş etdirilir. Həsən Ruhani, İlham Əliyev və Vladimir Putinin üçtərəfli görüşü ərəfəsində məqalə ilə çıxış edən  Stanislav Tarasov iddia edib ki, Rusiya - Azərbaycan - İran formatı geo-iqtisadi əməkdaşlıq formatı olsa da daha çox deklarativ xarakter daşıyır: "Tehranda qlobal sənədlərin imzalanması çətin ki, baş versin".

Halbuki, Rusiyanın ekspert dairələrində tamamilə fərqli düşünürlər. Məsələn, Rusiya Avrasiya "Chatham House” proqramının analitiki Stanislav Pritçin Rusiya - Azərbaycan - İran iqtisadi üçbucağının potensialının çox vektorlu olduğunu bildirir və bu məsələdə xüsusi olaraq Şimal - Cənub nəqliyyat dəhlizi layihəsini vurğulayır. 

Araşdırmalar göstərir ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi tam gücü ilə işə düşəndən sonra Azərbaycan bu istiqamətdə hər il 20 milyon tona qədər yükü tranzit yolu ilə İrandan Rusiyaya və ya əksinə ötürmək imkanında olacaq. Bu, Azərbaycana hər il təxminən 1 milyard dollar valyuta gətirəcək.  
Görünür, Ermənistan rəhbərliyini də məhz bu məsələ narahat edir və İrəvan bu məsələdə  Azərbaycana maneçilik törətməyə çalışır. Təbii ki, Azərbaycan adekvat addımlar atmalıdır və Ermənistanın istəklərinin üstündən xətt çəkməlidir. Həm Tehranla, həm Moskva ilə əməkdaşlığın dərinləşməsi bu ölkələrdən rəsmi və qeyri-rəsmi şəkildə Ermənistana verilən dəstəyi istər-istəməz zəiflədə bilər. Bu isə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin qurtuluşunu yaxınlaşdırar.  




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol