• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana yeni Qarabağ şərti

Ermənistana yeni Qarabağ şərti
29.05.2020 04:30
Xarici işlər naziri Edvard Nalbandyan təcili İsrailə çağırılıb

Bir sıra erməni siyasətçiləri rəsmi İrəvanın Bərzani ailəsinin Ərbildə qurmaq istədiyi Kürdüstana dəstək verməsinin vaciblyindən danışmağa başlayıblar.
İstiPress-in məlumatına görə, Rusiyada yaşayan erməni mənşəli politoloq Semyon Baqdasarov "Regnum” agentliyinə müsahibəsi zamanı bildirib. Ən maraqlısı da odur ki, Baqdasarov bunun Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həlli üçün çox vacib olduğunu bildirib.

Baqdasarov erməniləri kürdlərlə barışmağa və onların 1915-ci ildə baş vermiş erməni-müsəlman toqquşmalarında  iştirakını unutmağa çağırıb: "Kürdlərin 100 il qabaq baş vermiş "soyqırım”da iştirakını əsas götürmək olmaz. Söhbət ondan gedir ki, yeni şəraitdə müvafiq siyasət yürütmək lazımdır. Barışmaq lazımdır”.

Baqdasarov Ermənistanı həm Ərbildə dövlət qurmağa çalışan Bərzani ailəsinə, həm də Suriyada və Türkiyədə döyüşlər aparan PKK-ya hərbi qüvvə ilə yardım etməyə çağırıb:

O, iddia edib ki, İsrail regionda kürd dövlətinin yaranmasına çalışır və bundan yararlanmaq lazımdır. Qeyd edib ki, 6-7 noyabrda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İsrailə rəsmi səfərə gedəcək və onu baş nazir Beniamin Netanyahu dəvət edib. Ola bilər ki, səfər zamanı regionda  Ermənistan - İsrail hərbi əməkdaşlığı, o cümlədən silahlı kürd qruplaşmalarına dəstək məsələsi müzakirə edilsin."Türk militarizmi güclü olduqca Dağlıq Qarabağ münaqişəsi kimi problemlər çözülməyəcək. Söhbət Ermənistanın böyük hərbi əməliyyatlarından və böyük hərbi xərclərindən getmir. Söhbət regionda vəziyyətə çox çevik təsirdən gedir”,- deyə o vurğulayıb.

Amma bəzi erməni şərhçilər bunun perspektivinə inanmır. Məsələn, erməni şərhçi Naira Ayrumyan "Lragir”də səfərlə bağlı bu gün yazdığı məqalə 2015-ci ildə də Nalbandyanın İsrailə rəsmi səfərə getdiyini xatırladır. Onun sözlərinə görə, məhz bu səfərdən sonra İsrail "Spayk”larından istifadə edən Azərbaycan aprel döyüşlərində Qarabağda Ermənistan ordusunu biabırçı məğlubiyyətə uğratdı və Ermənistan ordusunun çox zəfi olduğunu sübut etdi.     
Çingiz Rüstəmov / İstiPress     






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol