• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilərin hədəfində Naxçıvan və Gəncə də var”

“Ermənilərin hədəfində Naxçıvan və Gəncə də var”
04.11.2017 20:33
Əli Orucov: "Onlar bunu bütün sahələrdə təbliğ edir”
 
 
Uzun zamandır ki, ermənilər ölkələri ilə bağlı tərtib etdikləri xəritələrdə Qarabağla yanaşı, hətta işğal edilməyən bəzi ərazilərimizi də Ermənistan ərazisi kimi göstərməkdədir.
 
Maraqlıdır, ermənilərin bu təxribatına cavab olaraq Azərbaycan tərəfi İrəvan,  Zəngəzur və s. kimi tarixi torpaqlarımızı Azərbaycan xəritələrində Azərbaycan ərazisi kimi göstərə bilərmi? Bu, erməni təxribatına cavab olmaqla yanaşı, gənc nəslə həmin torpaqların Azərbaycana məxsus olması həqiqətini təlqin etmək baxımından da faydalı olmazmı?
 
 
 
Moderator.az -a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov Azərbaycanın təbliğat baxımından ermənilərədn hələ də geri qaldığını vurğuladı:
 
"Ermənilərin Azərbaycana qarşı iddiaları sonsuzdur. Baxmayaraq ki, torpaqlarımızın 20 faizini işğal ediblər, bizim ərazilər hesabına dövlət qurublar. Onların hədəfində Naxçıvan və Gəncə də var. Nəinki xəritələrində, hətta bunu bütün sahələrdə təbliğ edirlər. Məsələn, Gəncəni Qanzasar ediblər və İrəvanda Ganzasar küçəsi var, yaxud eyni adlı futbol klubu var.
 
Azərbaycan tərəfi təbliğat baxımından hələ də ermənilərə uduzur. Bu yaxınlarda "Tarix” dəsliyində çıxan rəzaləti siz də gördünüz. Təəssüf ki, bu biabırçılıq cəzasız qaldı. Normal ölkələrdə istefalar olmalıydı, xəyanət edənlər məsuliyyətə cəlb olunmalı idi. Bütün sahələrdə olduğu kimi, dediyiniz məsələdə də böyük çatışmazlıqlar və yarıtmaz fəaliyyət var. Biz heç öz tariximizi, sərhədlərimizi dünyaya doğru-düzgün çatdıra bilmirik. Hətta bu tarixi xalqın özünə doğru-düzgün vermirlər”.



Яндекс.Директ
Лечение в клиниках ГерманииОставь заявку и получ







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol