• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvandan Bakıya həyasız cavab

İrəvandan Bakıya həyasız cavab
05.11.2017 20:45
Əgər Azərbaycan Ermənistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyirsə, o zaman Qarabağın "müstəqilliyini” tanımalıdır.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov söyləyib. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Ermənistanın BTQ-yə yalnız Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və öz ordularını Qarabağdan çıxardıqdan sonra qoşula biləcəyi ilə bağlı açıqlamasına cavab verən Şarmanazov erməni xislətini bir daha nümayiş etdirib. Günlərdir BTQ-ni müzakirə edən və bu beynəlxalq layihədən kənarda qalmağın İrəvan üçün böyük fəlakətlər vəd etdiyini bildirən İrəvan politoloqlarının, o cümlədən Baş nazir Karapetyanın bu layihədən erməni biznesmenlərin də istifadə edə biləcəyi haqda "təsəlliverici” açıqlamasına rəğmən, Şarmazanov ərazisi işğal altında olan Azərbaycana qarşı növbəti torpaq iddiaları səsləndirib. Vitse-spiker Azərbaycandan Göygöl rayonunun Qarabulaq və Çaykənd kəndlərini, eləcə də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsini "istəyib”:
 
"Ermənistan Azərbaycanın regional layihələrinə qoşulmağı arzu etmir. Bizim arzumuz regionda sülh və stabillikdir”.
 
Qeyd edək ki, Bakı-Tiflis-Qars layihəsi barədə 2005-ci ildə niyyət protokolu imzalansa da, layihənin icrasına başlanılması prosesi 2 il ləngiyib. Ermənistanın o zamankı prezidenti R.Köçəryan bu layihəni Azərbaycanın heç vaxt reallaşdıra bilməyəcəyi barədə erməni ictimaiyyətinə vəd vermişdi. O, Avropadan dəstək aldıqlarını, Tiflis-Gümrü-Qars layihəsinin işə düşəcəyini və Azərbaycanın bu meqalayihədən kənarda qalacağını iddia etmişdi.
 
Lakin rəsmi Bakının iradəsi və əzmi ilə 2007-ci ildə BTQ-nin tikintisinə başlanıldı və 30 oktyabr 2017-ci ildə region dövlətlərinin iştirakı ilə bu dəmiryol xəttinin rəsmi açılış törəni baş tutdu. Bunun ardınca isə Ermənistanda İrəvanın daha bir böyük layihədən kənarda qalması əsas gətirilərək, panika başladı. Erməni ictimaiyyəti bunun təbii sərvətlərin daşındığı boru xətti olmadığını, bu xətt vasitəsilə Ermənistanın məhsullarının dünya bazarına çıxarılmasının mümkünlüyünü bildirərək, ölkəni iqtisadi defolta sürükləyən hakimiyyəti sorğulamağa başladı.
 
Baş nazir Karapetyan bu suçlamalara "erməni biznesmenlər BTQ-dən istifadə edə biləcəklər” kimi təsəlliverici vəd versə də, bunun real olmadığını və ictimaiyyətin narahatlığını nəzərə alan Ermənistan hakimiyyəti yenə də "patriotizm” və qonşulara qarşı ənənəvi torpaq iddiaları ilə daxili auditoriyanı ələ almağa çalışır.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol