• $
  • €
  • ₽
  • ₺
  • £

Sarkisyan Bakının BTQ şərtini qəbul edəcəkmi?

Sarkisyan Bakının BTQ şərtini qəbul edəcəkmi?
05.11.2017 21:37
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması, daha sonra Tehranda Şimal-Cənub nəqliyyat dəhlizinin açılması ilə bağlı Azərbaycan-Rusiya-İran prezidentlərinin üçtərəfli görüşü işğalçı Ermənistanda ciddi narahatlıq yaradıb.
Sarkisyan hakimiyyəti blokadada olduğunu dərk etsə də, hələ susmağa üstünlük verir. Bəzi erməni ekspertlər çıxış yolu kimi İrəvanın BTQ-ya qoşulmasını istəyir.

Rəsmi Bakı artıq öz şərtini açıqlayıb. XİN bəyan edib ki, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını azad etdiyi təqdirdə əsrin layihəsinə qoşula bilər. 

"Bu məsələ ilə bağlı şərtimiz eynidir və dəyişməz olaraq qalır. Ermənistanın layihəyə qoşulması üçün Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Azərbaycanın işğal altında olan torpaqları azad edilməli, qoşunlar geri çəkilməlidir. Azərbaycan heç kimin torpaqlarını işğal etməyib və bu məsələdə Azərbaycanın mövqeyi açıqdır” – XİN rəhbəri Məmmədyarov bildirib.

İrəvan Bakının şərtini qəbul edəcəkmi? 

Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulmaq üçün ciddi surətdə çalışır: "Gümrüdən Tbilisiyə gedən dəmir yolu xətti var. Bu xətt onlara imkan verə bilər ki, Bakı-Tbilisi-Qars layihəsinə böyük xərc çəkmədən qoşulsunlar. Ona görə də dünyanın əksər lobbiçi dərnəklərini və dövlətlərini, xüsusən də Rusiyanı bu işə qatıblar. Rusiya Azərbaycan rəhbərliyinin ermənilərin bu layihəyə qoşulmasına şərait yaratmasını istəyir. Amma, bu, mümkün deyil. Layihənin taleyi bizim əlimizdədir. Çünki, layihənin ərsəyə gəlməsinə bütün maliyyə vəsaitini biz sərf etmişik. Ona görə də işğalçı dövlətin güclənməməsi üçün illərdir çalışan Azərbaycan, indi onun blokadadan çıxarılması üçün şərait yarada bilməz.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov söylədi ki, işğal aradan qalxarsa, iki dövlət arasında sülh yaranarsa, Ermənistan layihəyə qoşula bilər. İndiki halda bu mümkün deyil. Azərbaycan Ermənistanın işğalından əziyyət çəkir və xeyli maliyyə itkiləri ilə qarşılaşır. Könülü balıq istəyən, ayağını suya qoymalıdır. Ermənistan da beynəlxalq layihələrə qoşulmaq istəyirsə, deməli ciddi kompromislərə getməyi bacarmalıdır”.

Politoloq bildirib ki, bu məsələ Ermənistanda ciddi müzakirə olunur: "Bir çox politoloqlar hesab edirlər ki, Ermənistan kompromisə getməklə bölgədəki iqtisadi layihələrə qoşulmaq yolunda yaradılan əngəlləri aradan qaldırmağa çalışmalıdır. Ermənistanda iqtisadi inkişaf çox aşağı səviyyədədir. Ölkədə ciddi maliyyə problemləri var. Məhz bu səbəbdən Ermənistan Bakının şərtini qəbul etməlidir. Həm Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, həm də Tehranda Şimal-Cənub dəmir yolu layihəsinin açılması ilə bağlı keçirilən görüşlər Ermənistanı ciddi şəkildə narahat etməkdədir. Hesab edirəm ki, bunlar Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə təsir göstərəcək”.

Millət vəkili Rasim Musabəyov hesab edir ki, Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanı cəzalandıran layihədir: "Düşünmürəm ki, Ermənistan Azərbaycanın Bakı-Tbilisi-Qarsa qoşulmaqla bağlı şərtini qəbul etsin. Çünki, Dağlıq Qarabağ münaqişəsinin həlli, yaxud həllinə doğru irəliləyiş olduğu halda Türkiyə Ermənistanla sərhəddi açacaq. Bununla da ermənilər Gümrü vasitəsilə Qarsa çıxış əldə edəcəklər. Yəni, onların Bakı-Tbilisi-Qarsa ehtiyacları qalmayacaq”.

Elvin Abdulqədirov
AzVision.az 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol