• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın robot əsgərləri

Ermənistanın robot əsgərləri
07.11.2017 16:02
İrəvan Qarabağı işğal altında saxlamaq üçün hər vasitəyə əl atır

Ermənistan nümayəndə heyəti  Evronest parlament assambleyasında hərbi robotların  işləməsi üçün qaydalar işlənməsini təklif ediblər.

İstiPress-in "Sputnik Armeniya”ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün İrəvanda jurnalistlərə Ermənistan Ermənistanın Evronest parlament assambleyasındakı nümayəndə heyətinin başçısı Armen Aşotyan bildirib.

Avropa Birliyi deputatlarından və Şərq tərəfdaşlı layihəsi üçün seçilmiş 6 ölkənin - Ukrayna, Moldova, Belarus, Gürcüstan, Ermənistan və Azərbaycanın deputatların birləşdirən parlament assambleyasının 30 oktyabr - 1 noyabrda keçirilmiş sessiyasının işinə bu qaydaların heç bir dəxli olmasa da ermənilər tərəfindən belə təklif verilib və Evronest səviyyəsində bununla bağlı müəyyən qərar qəbul edilib.

Əslində, Ermənistan hər hansı bir robot silahına və s. malik ölkə deyil və 2016-cı ilin aprel döyüşləri göstərdi ki, bu ölkənin ordusu Rusiyanın 1980-ci illərə aid, yəni mənəvi cəhətdən köhnəlmiş silahları ilə təchiz edilib. Təklifin məzmunundan da görünür ki, Ermənistanın yaxın zamanlarda belə silaha malik olacağına da ümidi yoxdur.

Sadəcə, Ermənistanın əsas dərdi status-kvonun uzadılmasıdır ki, bu, onların verdiyi təklif də özünü əks etdirir. Onlar təklif ediblər ki, münaqişə zonasında monitorinqlər zamanı pilotsuz uçan aparatlardan istifadə edilsin və bu, xüsusi qayda ilə nizamlansın. 

Bu təklif Ermənistanı daldan atdığı daşa bənzəyir. Ermənistan aprel döyüşlərindən sonra qoşunların təmas xəttinə müşahidə mexanizmləri yerləşdirərək status-kvonu möhkəmləndirməyə çalışırdı. Ermənistan rəhbərliyinin bu addımı həm taktiki, həm də strateji baxımdan Qarabağın Azərbaycandan qoparılmasına xidmət edirdi. Taktiki baxımdan Serj Sarkisyan öz hakimiyyəti dövründə münaqişənin həlli ilə bağlı ciddi qərarın verilməməsinə nail olmağa çalışır, yəni adının tarixə işğal edilmiş torpaqları qaytarmamış prezident kimi düşməsinə çalışır. Strateji baxımdan isə, Ermənistan rəhbərliyi münaqişəni uzatmaqla nə vatsa, Helsinki prinsiplərinin arxa plana keçiriləcəyinə, Qarabağın da Kosovo kimi müstəqillik əldə edə biləcəyin ümid edir.

Lakin Kataloniyada və Şotlandiyada güclənən seperatçılıq meyllərinın Avropa ölkələri tərəfindən sərt alınması Ermənistanın bu ümidini xeyli azaltdı. Amma buna baxmayaraq, göründüyü kimi, erməni hakimiyyəti yenə də ümidini kəsmir və hansısa uçan müşahidə mexanizmlərini gündəmə gətirməyə çalışırlar.

Təbii ki, Azərbaycan yaşayış məntəqələrinin və hərbi hissələrinin üzərində hətta üçüncü tərəfə məxsus müşahidə aparatının uçmasına icazə verməməlidir. Bu, həm taktiki baxımdan, həm də strateji baxımdan Ermənistanın xeyrinə işləyə bilər. Həm də guya bitərəf olan vasitəçilər hərbi məlumatları düşmən tərəfə ötürə bilərlər. Belə aparatlar mütləq məhv edilməlidir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol