• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident “Yeni Gəncə” yarımstansiyasını işə saldı

Prezident “Yeni Gəncə” yarımstansiyasını işə saldı
10.11.2017 15:38
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) "Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

Anews.az xəbər verir ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət şkafları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və şkafları yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II "Yeni-Gəncə” hava xətləri 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq "Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, "Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq "Yeni Gəncə” və 10 kV-luq IV "Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.

Bununla yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə 35/10 kV-luq "Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün "Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II "Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq "Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II "Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. "Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Ümumilikdə son 2 ildə 89 min abonenti olan Gəncə Elektrik Şəbəkəsinin xidməti ərazisində elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə 35 kV-luq "Nizami” yarımstansiyası inşa olunub, şəhər ərazisində yüksək gərginlikli 110/35 kV-luq hava xəttinin əvəzinə 3,1 kilometr, aşağı gərginlikli 10/6 kv-luq hava xəttinin əvəzinə isə 75,5 kilometr yeraltı kabel və Gəncə şəhərində 4 kilometr 110 kV-luq, 2 kilometr 35 kV-luq, 20,2 kilometr 10/6 kV-luq hava xətləri çəkilib, 305 kilometrdən çox magistral, 92 kilometrə yaxın abonent xətti özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilib. Şəhərdə 75 yeni komplekt transformator məntəqəsi, eyni zamanda, 4211 sayğac quraşdırılıb. Ən son texnologiyalara əsaslana bu cür layihələr həm Gəncədə, həm də digər bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.

"Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb.

Stansiya ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol