• $
  • €
  • ₽
  • ₺
  • £

"Separatizm Avropaya sirayət edir" - ekspert

"Separatizm  Avropaya sirayət edir" -  ekspert
23.11.2017 18:03
Rufiz Qonaqov: "Əgər etnik separatizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq"
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov bildirib ki, Brüsseldə keçirilən Qarabağ beynəlxalq forumu olduqca əhəmiyyətli idi: "Forumun keçirilməsi onu göstərdi ki, Azərbaycan da sepratizmdən, terrorizmdən narahatdır. Ölkə rəhbəri İlham Əliyev də bunu bütün beynəlxalq tədbirlərdə səsləndirib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qatıldığı forumda Avropanın aparıcı şəxsləri iştirak edirdi.

Milli.Az bildirir ki, forum çərçivəsində etnik separtizm, beynəlxalq terrorla mübarizə üsulları ilə bərabər ikili standart kimi problemlərə də toxunuldu.
 
Tədbirdə Əli Həsənov separtizmdən əziyyət çəkən bir çox əraziləri göstərdi. Xəritəni göstərək qeyd etdi ki, 20-dən çox ölkədə separtizm silahlı toqquşmalarla müşahidə olunur. Eləcə də Dağlıq Qarabağ münaqişəsi qeyd edildi. Təəssüf ki, 25 il keçməsinə baxmayaraq, işğal faktı aradan qaldırılmamış vəziyyətdədir. Əgər etnik sepratizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq.
Kataloniya problemi ortaya çıxanda Azərbaycan beynəlxalq hüququ müdafiə etdi. Eləcə də digər beynəlxalq təşkilatlar yalnız İspaniyanı dəstəklədilər. Belə olduğu halda isə Emənistana qarşı eyni münasibət bəslənilmir. Necə ola bilər ki, BMT-nin baş katibi Ermənistan və Azərbaycan prezidentlərini eyni cür qəbul edir və eyni münasibət bəsləyir? Hətta fikirlər səsləndirir ki, Ermənistan terrorla mübarizəyə böyük töhfələr verib. Halbuki, Ermənistanın dəstəklədiyi ASALA kimi terror təşkilatı var. Həmçinin Azərbaycan torpaqlarının işğalı faktı göz önündədir. Azərbaycan isə kiminsə torpaqlarını işğal etməyib. Gərək etnik sepratizm Avropanın mərkəzinə çatsın ki, onlar problemin yalnz bir ölkənin dərdi olmadığını anlasınlar. Bu, artıq Avropa üçün də böyük təhlükədir. O baxımdam ümid edirik ki, Kataloniya rəhbərliyinə qarşı atılan addım Ermənistan rəhbərliyinə qarşı da atılacaq. Çünki Azərbaycanın ərazi bütövlüyünü bütün dünya ölkələri tanıyır.

Dünya birliyi tərəfindən ərazi bütövlüyünə qarşı təhdidlər pislənməsə, dünyanın nizami birdəfəlik pozulacaq. O zaman həmin beynəlxalq təşkilatlara da ehtiyac qalmayacaq. Belə olduğu halda məlum olacaq ki, həmin qurumlar yalnız imitasiya ilə məşğuldur. Proseslər yeni dünya müharibəsinə qədər dərinləşə bilər. Ona görə də beynəlxalq təşkilatların buna getməsi inandırıcı deyil. Artıq təhlükə öz ərazilərini bürüyüb. Problemin qarşısının birdəfəlik alınmasından başqa yol yoxdur".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Siyasət 21:27
İtaliyanın xarici işlər naziri Azərbaycana səfər edib
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Siyasət 20:15
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Siyasət 12:57
Prezident Jozef Aunu milli bayram münasibətilə təbrik edib
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:10
Azərbaycan Livanı Milli Günü münasibətilə təbrik edib
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Siyasət 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Siyasət 18:32
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
Siyasət 15:35
Mehriban Əliyeva Vyetnamın birinci xanımı ilə Hanoyda görüşüb
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Siyasət 14:55
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol