• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğandan iki mühüm Qarabağ mesajı

Ərdoğandan iki mühüm Qarabağ mesajı
25.11.2017 16:06
Sergey Lavrovun Bakı və İrəvanda söylədikləri münaqişənin həllinin uzanmasına xidmət edir.

Axar.az xəbər verir ki, bu fikirlər "Atlas” Araşdırmalar Mərkəzinin analizində yer alıb. Mərkəz Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bir müddət öncə regiona səfərlərinin nəticəsiz qaldığını qeyd edib:

"Lavrov İrəvanda bildirdi ki, problemin həllinə kompleks yanaşmaq lazımdır. Bu, elə rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Onlar da münaqişənin paket həllini dəstəkləyirlər. Yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması Dağlıq Qarabağda keçiriləcək referendumla əlaqələndirilir. Rəsmi Bakı münaqişənin həllində mərhələlilik prinsipini dəstəkləyir”.

Analizdə Rusiya siyasətçilərinin eyni problemə fərqli prizmalardan yanaşdığı da vurğulanıb:

"Lavrovun səfəri əsnasında Rusiya birmənalı olaraq Serbiyanın ərazi bütövlüyünü dəstəklədi. Bununla Rusiya separatizm məsələsində Serbiya ilə Azərbaycan arasında fərq qoyduğunu göstərdi. Əslində, nə Lavrov, nə də Putin planı mövcuddur. Sadəcə, Rusiya rəsmilərinin münaqişənin həlliylə bağlı parça-parça şəklində müəyyən təklifləri var. Bu təkliflər isə Azərbaycanın maraqlarına cavab vermir”.

Analizdə qeyd olunur ki, Ərdoğan ikinci dəfə Dağlıq Qarabağ münaqişəsinin həllinin Putindən asılı olduğunu bildirməklə hamıya iki mesaj göndərdi:

"Birincisi, Putin istəsə, münaqişəni həll edə bilər, sadəcə indiki mərhələdə Kremlı sahibinin bu münaqişəni həll etməyə marağı yoxdur.

İkincisi, münaqişə və onun həlli Rusiyanın tam nəzarəti altındadır, ATƏT və Minsk Qrupu, o cümlədən Türkiyə təkbaşına heç nə edə bilməz.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son günlər intensivləşən səfərlər və danışıqlar heç bir nəticə vermədi. Bu o deməkdir ki, cəbhədə gərginlik azalmayacaq. Tam əksinə, Azərbaycan Ordusunun snayper və kəşfiyyat qrupları işğal altındakı torpaqlarda yerləşən postları neytrallaşdırmaqda davam edəcəklər. Hazırkı mərhələdə əsas məqsəd işğalçı dövlətin resurslarını zəiflətməkdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol