• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir?

Azərbaycanda Yeni il ərəfəsində əfv gözlənilir?
29.11.2017 12:19
"Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı bir qayda olaraq imzalanıb. Bu, yalnız 2016-cı ildə olmayıb”. 

Anews.az xəbər verir ki, bunu AzVision.az-a Əfv Komissiyanın üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, əfv sərəncamının nə vaxt veriləcəyi barədə dəqiq vaxt demək çətindir: "Bu, ölkə başçısının konstitusion səlahiyyətlərinə daxildir. İstər əfv komissiyasının üzvlərinə, katibliyə və digər aidiyyəti orqanlara mütəmadi olaraq əfvlə bağlı müraciətlər daxil olur. Bütün bu müraciətlərlə bağlı müvafiq arayışlar hazırlanır və məlumatlar toplanır. Əfv sərəncamının olmasını isə istisna etmirəm”.

Komissiya üzvü əlavə edib ki, Azərbaycanda son illər cəzaların humanistləşdirilməsi istiqamətində mühüm addımlar atılıb: "Ümid edirəm ki, bu proses davam edəcək. Çünki cənab prezident cəza siyasətinin humanistləşdirilməsini hüquq islahatlarının prioritet istiqaməti kimi müəyyən edib”. 

Müraciətlərə gəlincə, Ə.Nuriyev qeyd edib ki, hər gün Əfv Komissiyasına əfvlə bağlı müraciət daxil olur. 

Xatırladaq ki, sonuncu dəfə bu ilin mart ayında prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Dövlət başçısının sərəncamı ilə 423 məhkum əfv edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol